Keçid linkləri

BAKI YENƏ SİYASƏTİNİ ABŞ-LA QURMUR...

ABŞ-ın yeni prezidenti Donald Trampın bir çox istiqamətlərdə yürüdəcəyi siyasət hələ axıra qədər açılmamış, aydınlaşmamış qalsa da tək bir dövlətə münasibətdə onun fikirləri yetərincə bəllidir. ABŞ-ın prezidenti İrana qarşı sərt siyasət aparacağını və keçmiş prezident Barak Obamanın dövründə ABŞ-la İran arasında imzalanmış məşhur sazişə yenidən baxacağını vəd edir.

Təbii ki, Azərbaycan İranla siyasətini ABŞ siyasətinin konteksində qurmağa borclu deyil. Amma İlham Əliyevin İrana səfəri haqqında düşünər-düşünməz, ağlımıza gələn ilk fikir bir az əvvəldə yazdıqlarımız oldu.

...son üç ildə İranın və Azərbaycanın prezidentləri ən müxtəlif formatlar çərçivəsində düz yeddi dəfə görüşmüşdülər. Bu isə sayca səkkizinci görüş idi.

Bu səfərə qədər son üç ildə İranın və Azərbaycanın prezidentləri ən müxtəlif formatlar çərçivəsində düz yeddi dəfə görüşmüşdülər. Bu isə sayca səkkizinci görüş idi.

Bəs iki qonşu ölkənin prezidentlərini belə intensiv dialoqa nə vadar edir? Doğrudanmı İranla Azərbaycan arasında bu qədər sıx münasibət bərqərar olub?

DÜNYADA “ƏKİZ DÖVLƏTLƏR” OLMASA DA...

Demək olar ki, münasibətlər əsasən normaldır. Bakı tərəfindən İrana qarşı hər hansı təhdid yaradacaq addımlar atılmır. Hətta indiki hakim siyasi qüvvə bir vaxtlar Azərbaycanda çox aktual olan bir siyasi mövzuya – İran azərbaycanlılarının problemləri mövzusuna da tabu qoyubdur.

Bəli, artıq azca əvvəlki illərdə olduğu kimi iranlı siyasi fəallar Azərbaycanda gözə dəymir, Şimal Azərbaycanının siyasi partiyaları İran Azərbaycanındakı vəziyyətlə bağlı bəyanatlar vermirlər, gənclər Bakıdakı İran səfirliyi önündə etiraz aksiyaları keçirmirlər–bütün bunlar keçmişdə qalıb...

...rəsmi Bakı İranı özünün səmimiyyətinə inandırmaq üçün çox çalışmalı olur. İran daim Azərbaycanın siyasətini yönəltməyə, onu öz maraqlarına tabe etməyə çalışır. Üstəlik, daim də Bakıdan şübhələnir.

Problem indi daha çox İranın özündən gəlir. Bu da ondan ibarətdir ki, rəsmi Bakı İranı özünün səmimiyyətinə inandırmaq üçün çox çalışmalı olur. İran daim Azərbaycanın siyasətini yönəltməyə, onu öz maraqlarına tabe etməyə çalışır. Üstəlik, daim də Bakıdan şübhələnir.

Tehranda belə hesab edirlər ki, Azərbaycan ABŞ və Avropa ilə əlaqələrini davam etdirirsə, onun ABŞ-a qarşı bəyanatları ilə bağlı eyni münasibət sərgiləmirsə, deməli ona inanmaq olmaz...

Bəli, olduqca qəribə məntiqdir, çünki dünyada “əkiz dövlətlər” – bütün məsələlərdə siyasəti identik olan ölkələr olmur. Hətta baxıb görürsən ki, ən yaxın ölklərin belə nəyəsə baxışı fərqlənir. Azərbaycan üçün bölgədə, eləcə də dünyada ən yaxın dövlət Türkiyədir. Amma diqqətlə baxanda o bəzi məsələlərdə Türkiyədən də fərqli siyasət yürüdür ki, bu da bir daha deyirik ki, təbiidir, çünki dövlətlər “əkiz” olmur...

İRAN SANKSİYALARDAN SONRA...

Amma böyük şübhələr yaşasa da İran yenə də Azərbaycanla münasibətlər saxlamağa məcburdur. İki ölkə arasında böyük ticari və iqtisadi əlaqələr var, Cənub – Şimal dəhlizi istiqamətində həqiqətən də çox böyük işlər görülür.

İran Ermənistanı təcavüzkar dövlət kimi qınayan bəyanatlar verib. Gəl, bu ona Yerevanla geniş siyasi və iqtisadi əlaqələr saxlamağa mane olmur. Elə Bakını da cənub qonşusundan narazı salan əsas məqam elə budur.

Amma İranla Azərbaycan arasında bir problem də var. Bu da Ermənistana və xüsusən də Dağlıq Qarabağ probleminə münasibətdir. İran Ermənistanı təcavüzkar dövlət kimi qınayan bəyanatlar verib. Gəl, bu ona Yerevanla geniş siyasi və iqtisadi əlaqələr saxlamağa mane olmur. Elə Bakını da cənub qonşusundan narazı salan əsas məqam elə budur. Hərçənd, son illərdə Bakı Tehranın Yerevanla isti münasibətlərini “görməməyə” çalışır, çünki İran da Azərbaycanı ABŞ-la və İsraillə çox isti münasibətlər saxlamaqda qınayır...

Burada bir daha İranın nə qədər haqsız olduğunu göstərməyə cəhd etmək olar. Amma bunun elə bir faydası yoxdur. İlıərdir ki, belə cəhdlər olur, amma onların bir nəticəsi olmur. Daha çox təəssüf doğuran və bir azacıq inciklik də yardan odur ki, İrandan çox islam həmrəyliyi haqqında danışan yoxdur, amma elə İrandan da çox bunu əməldə nəzərə almayan dövlət yoxdur.

İrana qarşı sanksiyalar azalandan sonra ümid yarandı ki, bu ölkə nəhayət ki, Ermənistanla münasibətlərinə yenidən baxacaq. Ona görə ki, bu vaxta qədər iranlı siyasətçilər sanksiyaların onlar üçün yaratdığı və bir növ seçim üçün imkan qoymadığı reallıqlardan gileylənirdilər.

Amma sanksiyalar zəifləyəndən sonra belə bəhanələr aradan qalxmalı idi. Gəl ki, belə olmadı – İran Ermənistanla əvvəlki sıx əlaqələrini saxlamaqda davam etdi. Üstəlik, artıq onların nə vaxtsa zəifləyəcəyinə ümid belə yoxdur.

BALANS VEKTORU...

Amma hətta bunlar da rəsmi Bakını çəkindirmir, çünki İranla əlaqələr onun üçün həm də bir daxili siyasi konyunktura məsələsidir – İran digər ölkələrin daxili işinə qarışmağı və bu ölkələrdəki radikal dini qüvvələrdən yararlanmağı sevən dövlətdir.

Bakıda bunu bilirlər. Üstəlik, özünün siyasi təhlükəsizliyi Azərbaycan hakimiyyəti üçün ölkəsinin milli təhlükəsizliyindən heç də az önəm kəsb etmir. Ona görə bir daha deyirik ki, Bakı Tehranla maksimum dərəcədə ehtiyatlı olmağa çalışır.

Üstəlik, Rusiya və İran kimi ölkələrlə sıx əlaqələr saxlamaq Bakıya Qərblə siyasəti balanlaşdırmağa, Qərbin özünə qarşı təzyiqlərini bir növ azaltmağa imkan verir. Bu da yenə də daha çox hakimiyyət məsələsidir – 24 ildə onun dadını bilmiş hakimiyyət mənsubları hansısa ideya və ya amal naminə onu qurban vermək istəmirlər, çünki hakimiyyət onlar üçün çox şirindir. O qədər şirindir ki, digər siyasətçilərin hətta eynəksiz belə görə bildiyi detalları onlar “görməməyə” çalışırlar. Elə Tehranı da bu, yetərincə qane edir, çünki onu da hakimiyyəti Azərbaycandan artıq sevənlər deyil, Azərbaycanı hakimiyyətdən çox sevənlər ehtiyatlandırır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG