Keçid linkləri

Təcili xəbərlər

Süni insana bir addım yaxın: süni emrbion


Bir çox optimistlərin fikrincə, yaxın gələcəkdə labaratoriya şəraitində süni insanı da yetişdirmək mümkün olacaq. Alimlər artıq belə bir şəraitdə siçanlardan götürülmüş kök hüceyrələri üzərində “süni embrion” yarada biliblər. Mütəxəssislər ümid edirlər ki, onların bu nailiyyətləri sonsuz insanların müalicə üsullarının təkmilləşdirilməsinə də səbəb olacaq.

Kembric universitetinin bir qrup alimi siçanların iki növ kök hüceyrələrini birləşdirərək onları 3D printerdə çap edilmiş baza strukturuna yerləşdiriblər. Matkadaxili şəraiti imitasiya edən kimyəvi maddədə təqribən 4 gün saxlanıldıqdan sonra hüceyrələrdə canlı siçan embrion strukturu formalaşıb.

Bu sıçrayış biomühəndisliyin “şedevr”i adlandırlıb. Belə bir nailiyyət alimlərə artıq insan embrionunu yaratmaqda sperma və ya yumurtaliğa ehtiyac olmadan onu labarator şərtlərdə inkişaf etdirməyə imkan yaradacaq.

Süni emrbionlar embrional kök hüceyrələrinin”cütləşmə”si vasitəsilə yaradılıb. Kök hüceyrələr isə gen mühandisliyi üsulu ilə ikinci növ kök hüceyrələrindən – embriondan xaric hüceyrələri olan trofoblastdan, normal hamiləlik dövründə yaranan plasenta üzərində yaradılıb.

“Elə hesab edirik ki, bundan sonra siçanların kök hüceyrələri üzərində apardığımız tədqiqatda tətbiq etdiyimiz üsulları ilk 14 gün ərzində insan kök hüceyrələrində baş verən prosesləri imitasiya edə biləcəyik (Britaniya və digər 11 ölkədə 14 gündən çox olan embrion üzərində tədqiqatlar aparmaq qadağan edilib),” deyə tədqiqat qrupunun rəhbəri, Kembridc universitetinin fiziologiya, təkamül və neyrobiologiya kafedrasının professoru Maqdalena Zernitska-Gets (Magdalena Zernicka-Goetz) bildirib. Professor həmçinin tədqiqatçıların çox optimistik olduqlarını da vurğulayıb. O, belə hesab edir ki, bu yenilik alimləri insan embrionu üzərində işləməyə ehtiyac olmadan belə onun vacib inkişaf mərhələlərini daha dərindən öyrənməyə imkan yaradacaq.

XS
SM
MD
LG