Keçid linkləri

Təcili xəbərlər

Yeni virusdan özünüzü qoruyun


Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Kaspersky Lab” şirkəti yeni zərərli proqram aşkar edib. StoneDrill adlanan proqram kompüterdən vacib məlumatları silir, sahibini izləyir.

Şirkətin əməkdaşları bildirir ki, proqramın alqoritmi onlara artıq tanışdır. 2012-ci ildə Shamoon və Disttrack adlanan bənzər proqramlar Orta Şərqdə kompüter istifadəçilərinə böyük zərər vermişdi. Həmin vaxt neft-qaz şirkətinin işçilərinə aid 35 min kompüter kibercinayətkarların qurbanı olub.

Mütəxəssislərin fikrincə, yeni proqramı da əvvəlkilərin yaradıcıları hazırlayıb. Ancaq, o, digərlərindən çox fərqlənir və üzə çıxarmaq asan olmayıb. Məqsədli hücumları təsbit etmək üçün ekspertlər yeni üsullardan faydalanıblar.

Proqram ən çox istifadə olunan internet brauzerlərdə tanıdılır, bir çox antiviruslardan özünü maskalayır və sərt diskdəki faylları silməyə başlayır. Yox olan faylları bərpa etmək qeyri-mümkündür. Zərərli proqram kompüter sahibini həm də izləyir.

Əsas problem budur ki, proqram sadəcə şəxsi kompüterlərdə deyil, korporativ və dövlət serverlərində də özünü göstərir.

Şirkət bildirir ki, onların antivirus proqramları StoneDrill-i artıq tanıyır və blok edə bilir.

Ən son yazılan

XS
SM
MD
LG