Keçid linkləri

Təcili xəbərlər

Güzgüyə baxaq…


Əziz oxucu, həyatda başımıza gələnlərin səbəbini, qurduğumuz biznesin niyə uğurlu və ya uğursuz olduğunu, kimlərinsə çempion, kimlərinsə outsayder olma səbəbini bilmək istəyirik… çox sadə və hər birimizin ədə biləcəyi bir hərəkət etməliyik. Biz sadəcə

GÜZGÜDƏ ÖZÜMÜZÜ GÖRMƏLİYİK

Bəli-bəli, yalnız güzgüyə baxmaqla biz həyatımızda baş verənərin “niyə”ləri cavablandırmış oluruq. Başqa sözlə desək, həyatda olan hadisələrin əsas kökü insanın etdiyi əməllərdədir. Fikirlərimi izah etməyə çalışım.

Hər bir insan, həyatda daha yaxşı yaşamaq istəyir. Hər bir insan. Amma kimlərsə bunu edə bilir, kimlərsə yox. Sizcə niyə? Tənbəl adamlar belə suallara çox sadə cavablar verirlər

Hər bir insan, həyatda daha yaxşı yaşamaq istəyir. Hər bir insan. Amma kimlərsə bunu edə bilir, kimlərsə yox. Sizcə niyə? Tənbəl adamlar belə suallara çox sadə cavablar verirlər, məsələn:

  • necə edim… bugün böhrandır. Heç yerdə iş getmir və s.
  • necə edim… bunu etmək üçün gərək pulun olsun. Pulda bizdə yoxdur və s.
  • necə edim… bunu etmək üçün gərək “day-day” olsun…
  • necə edim… təcrübə istəyirlər. Məndə bu yoxdur…
  • necə edim… bunun üçün gərək bilik olsun və s.

Əziz oxucu, səbəb – bəhanə tapmaq çox asanddır. Amma əmin olun, yalnız öz etdiklərimiz, iradəmiz, sabaha ümidlə baxmağımız… bir sözlə özümüz, öz həyatımızı yaxşı və ya pis formaya sala bilərik. Gunahı başqalarında görməklə, lazımsız neqativi özümüzə çəkməklə işlərimiz daha pis ola bilər.

Yadıma düşür, 2016-cı ilin oktyabr ayında SAT Gruopun təşkil etdiyi həkimlərlə görüşdən sonra, gündəlik qida və idman etmə həyatıma dəyişiklik etdim. Çox sadə, hiss edirdim ki, faydalı iş əmsalım azalıb, tez yoruluram və s. O gün, bugün. Çalışıram, səhərlər mütləq günümü qaçışla başlayım. Hər gün edə bilməsəm də, maksimum çalışıram ki, qrafiki pozmayım. Səhər qaçışından sonra daha az stresdə oluram və gunahları daha rahat yolla özümdə görürəm.

Biznesdə, həyatımızda olan problemlərə görə xarici güvvələri təqsirli bildiyimiz zaman, öz əlimizdən olanlardan belə düzgün istifadə edə bilmirik.

Güzgüyə tez-tez baxmağın əsas üstün cəhətlərindən biridə, gunahı özündə görərək, əlimizdə olan nəyisə tez dəyişə bilməkdir. Pis gedən nəyisə. Biznesdə, həyatımızda olan problemlərə görə xarici güvvələri təqsirli bildiyimiz zaman, öz əlimizdən olanlardan belə düzgün istifadə edə bilmirik. Biz öz sağlamlığımızı düşünərək, daha gec xəstələnə bilərik və ya işimizin üzərində ciddi işləyərək biznesimizi daha çox inkişaf etdirə bilərik və s.

Əminəm sizlər də bəzən çox saylı tənqidlər edirsiniz, kiminsə bizə qarşı pis davrandığını, haqqımıza girdiyini və ya nəyisə bizim istədiyimiz kimi alınmadığından giləhlənirsiz. İnanırsız, bununda gunahı bizdədir. Bizə qarşı edilən haqsızlığa görədə güzgüyə baxmaq lazımdır. Bizə qarşı edilən haqsızlıqlarında bönüvrəsi əslində özümüzdə olur. Güzgü yenədə lazımdır.

Mütəmadi olaraq güzgüyə baxmaq bizdə etməyin, danışmaqdan daha üstün olduğunu önə çıxarır. Biz bilirik ki, edənlər hər zaman danışanlardan öndə olur. Güzgü bizi lazımsız adamların dediyi sözlərə qarşı daha güclü olmağımızı təmin edir. Məsələn, mənim haqqımda kimsə neqativ fikir səsləndirirsə bu məni çox sevindirir – mənə nəyisə daha yaxşı etməyə imkan yaradır. Əgər bizim haqqımızda kimsə danışırsa, biz müzakirə ediliriksə, əmin olun ki, bu insanlardan biz daha güclüyük. Onlar danışırlar, biz edirik. Sonda edənlər qalibdir!

Özünü tənqid, inkişaf etmək üçün ən rahat üsuldur. Bu üsuldan daim istifadə etmək lazımdır… necə dəyələr: evinizə güzgü alın!)

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG