Keçid linkləri

Təcili xəbərlər

Alkoqolizmin əsas səbəbi – xoşbəxtlik hormonu


Alkoqolizmin səbəbi orqanizmdə “xoşbəxtlik hormonu” adlandırılan dopaminin balansının pozulması ola bilər.

Spirtli içki içərkən bədəndə dopaminin miqdarı olduqca artır. Bu amil beyində spirt asılılığı yaradır.

Rusiya Elmlər Akademiyasının tətbiqi fizika İnstitutu, Fransa Yüksək Pedoqogika Məktəbi və ABŞ-ın İndiana Universitetinin tədqiqatçılarının yeni araşdırması bu qənaətə gətirib.

Tədqiqat qrupu alkoqolizmin molekulyar səviyyədə yaranma səbəbini araşdırıb.

Araşdırmanın nəticələri göstərib ki, spirtli içki orqanizmi xoşbəxtlik hormonuyla təmin edən neyronların səviyyəsini və özəlliklərini pozur. Dopaminin orqanizmdə həddən artıq çoxalması vücudumuzda spirtli içki asılığı və digər zərtərli vərdişləri yaradır.

İçki içməyən insanın beynində təxminən 20 min dopamin ifraz edən neyron olur. Normal davranış və doğru qərarlar vermək üçün bu balans saxlanılmalıdır. Ancaq, spirtli içkinin təsirindən normal səviyyə pozulur. Nəticədə, alkoqol asılığı yaranır.

Tədqiqatçılar bildirirlər ki, yeni araşdırma alkoqolizmin müalicəsinə kömək ola bilər.

Orqanizmdə dopamin balansını bərpa etmək, şəxsin xarici stimullara adekvat reaksiyalar verməsinə və spirtli içki asılılığından tez qurtulmasına yardım edəcək.

XS
SM
MD
LG