Keçid linkləri

Təcili xəbərlər

Apple smartfon bazarında gəlirin 80%-ni götürüb


apple iphone money dollar
apple iphone money dollar

Strategy Analytics-in apardığı araşdırmanın nəticələri onu göstərib ki, 2016-ci ilin yekunlarına görə, smartfon bazarından alınan ümumi gəlirin 79.2%-i Apple şirkətinin payına düşür.

Analitiklərin qiymətləndirməsinə görə, smartfon istehsalçılarının ümumi gəliri 53.7 milyard ABŞ dolları olub. Apple-ın gəliri isə 44.9 milyard dollardır. Strategy Analytics-ə görə, belə bir göstərici Kupertino şirkətinin istehsalat xərclərini azaltma və eyni zamanda cihazlarını baha qiymətə sata bilmək bacarığından irəli gəlir.

Gəlir məbləğinə görə, ikinci yer Cənubi Koreya şirkəti Samsung-a aiddir. Şirkət ötən il dünya bazarında 14.6% gəlirə (8.3 milyard dollar) sahib olub. Üçlüyü bağlayan şirkət Huawei-dir – (1.6% (929 milyon dollar). Siyahıda növbəti yerlərdə 1.5% və 1.3% göstəriciləri ilə Çin şirkətləri Oppo və Vivo qərarlaşıb.

2017-ci ilin ilk kvartalı ilə bağlı Apple fevral ayının əvvəllərində rekord məbləğdə gəlir əldə etdiyini elan etmişdi (məbləğ 2016-cı ilin IV kvartalı ilə üst-üstə düşür). Hesabatlara görə, kvartal gəliri 78.4 milyard dollar təşkil edir, bir il öncəki rekord göstərici isə 75.9 milyard dollardan ibarət idi. Şirkətin rəhbəri Tim Kukun sözlərinə görə, şirkət iPhone, Mac kompüterləri, Watch saatları və göstərdiyi digər xidmətlərə görə də rekrod gəlir əldə edə bilib.

Bundan əlavə, Strategy Analytics-in yaydığı hesabatda o da qeyd edilir ki, ötən ilin IV kvartal hesabatlarında Apple Samsung-dan cüzi şəkildə irəli keçərək smartfon tədarükündə də bazarın liderliyini qazanıb. Bunun əsas səbəbi isə Galaxy Note 7 smartfonunun geri çağırılması olub.

Ən son yazılan

XS
SM
MD
LG