Söhbət proqramı Telegram-da səsli zəng funksiyası sınaqdan keçirilir.
Yeni xidməti test etmək üçün əvvəlcə proqramın sonuncu beta versiyasını yükləmək lazımdır. Bundan sonra istifadəçi Tənzimləmələr (Settings) bölməsindən Switch Backend seçməlidir.
Sınaq üçün yeni qeydiyyat tələb olunur. Qeydiyyatdan keçdikdən sonra istifadəçi kimdənsə ona zəng etməyi xahiş etməlidir. Əgər zəng etmək alınmırsa, proqramı yenidən başlatmaq lazımdır.
Zəng etmək mümkün oldusa, deməli proqramda funksiya artıq aktivdir.
Xidmət smartfonunda proqramın Beta versiyasını quraşdırmış hər kəs üçün əlçatandır.
Funksiyanı həm Android, həm də iOS platformalı cihazların istifadəçiləri sınaqdan keçirə bilərlər.