Keçid linkləri

Fransa tədqiqatçıları Paris məktəblərində oxuyan 14 yaşlı orta məktəb şagirdlərinin göstəricilərini analiz ediblər. Mütəxəssilər həmçinin yeniyetmələrin beyinlərinin fuksiyalarını da yoxlayıblar. Təcrübədə iştirak edən yeniyetmələrə həmçinin onların yuxu rejimi haqqında da suallar verilib.

Araşdırma onu göstərib ki: orta hesabla iş həftəsi ərzində məktəblilər saat 22.20-də yatırlar, 7:06-da isə yuxudan oyanırlar. İstirahət günlərində isə onlar saat 23:30 yatır, 9:45-də oyanırlar. Məlum olub ki, iş həftəsi ərzində sutkada 7 saatdan az yatmaq və yuxuya getmə vaxtının gecliyi beynin ayrı-ayrı hissələrində boz maddənin həcminin azlığı ilə əlaqədardır.

Bu modifikasiyalar beyinin 3 hissəsinə təsir göstərir: frontal, ön singulat korteks və submandibular.

İstirahət günlərində yeniyetmələr nə qədər gec yatmağa gedirlərsə, bir o qədər onların alın korteksində və ön korteksdə boz maddə də az olur. Beynin bu hissələri diqqət və çoxfunksionallığa bağlıdır. Yuxusuzluq da öz növbəsində yeniyətmələrin dərslərində onlara mane olur. Mütəxəssislərin araşdırmasından o da məlum olub ki, boz maddənin azlığı, istirahət günlərində gec yatma vərdişləri məktəblilərin qiymətlərinin aşağı olması ilə də bağlıdır.

Alimlər valideynlərə istirahət günlərində uşaqlarına qarşı yuxu saatları ilə bağlı məsələlərdə sayıq olmağı tövsiyyə edirlər. Yataq vərdişləri məktəblilərin beyinlərini inkişaf etdirməklə yanaşı onların məktəbdəki uğurlarını da artırır.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG