Keçid linkləri

Bir müddət əvvəl bir rəfiqəm (allah ondan hər iki dünyada razı olsun) məni sosial şəbəkədə bir qadın qrupuna üzv elədi. Bəlkə də, həyatda heç vaxt dua etməmiş bir adam olan mən, son iki həftədir ki, məni bu qrupa üzv edən xanıma səhər-axşam dua oxuyuram. Düz iki həftədir ki, həyatım rənglənib, işıqlanıb, zənginləşib. Qətiyyən darıxmıram. Qətiyyən depressiyaya düşə bilmirəm. Qlobal qayğılardan, dünyanın geopolitik mənzərəsinin mənə verdiyi narahatlıqdan demək olar ki, qurtulmuşam.

Bu qrupda qadınlarımız öz gündəlik həyatlarından xırda, məsum, özləri üçün kifayət qədər əhəmiyyətli qayğılarının paylaşırlar. Bir-birilərinə suallar ünvanlayır, məsləhətlər istəyirlər, daha bilmirəm, bir-birilərini danışdırırlar, ya o məsləhətlərə doğrudan da əməl edirlər. Nə isə, özləri bilər, allahları bilər. Biz öz işimizi görək.

İlk nəzərə çarpan maraqlı hal budur ki, xanımların böyük əksəriyyəti kişi profillərindən yazırlar. Əvvəlcədən xəbərdarlq edirlər ki, adımın Mustafa Naibov olmasına baxmayın, ərimin profilidir, parolun bilirəm, ordan girib yazıram, bağışlayın, özüm profil aça bilmirəm.

İlk nəzərə çarpan maraqlı hal budur ki, xanımların böyük əksəriyyəti kişi profillərindən yazırlar. Əvvəlcədən xəbərdarlq edirlər ki, adımın Mustafa Naibov olmasına baxmayın, ərimin profilidir, parolun bilirəm, ordan girib yazıram, bağışlayın, özüm profil aça bilmirəm. Ya da deyirlər ki, yoldaşım qoymur profil açmağa. Belələri onlarladır. Gülməli vəziyyət onda yaranır ki, bu gerçəyi unudub qrupa girirsən, bir də görürsən Camal Muradov adlı biri yazıb ki, qızlar, bu ay menstruasiyam 10 gün gecikdi, hamilə də deyiləm, bu necə olur? Şərhlərə baxırsan ki, hamı ciddi-ciddi Camala məsləhət verir ki, menstruasiyası gecikəndə neyləsin. Hətta Vüsal Qədimov adlı bir profil yazı ki, Camal, narahat olma, məndə ötən il iki ayda bir dəfə olurdu menstruasiya, yaxşı bir ginekoloq yanına getdim, sağaltdı. İstəyirsən, nömrəsin verim?

Beləcə Vüsal camala ginekoloq nömrəsi verir, Xəyal Rəvana abortun zərərindən danışır, Gündüz də Murada məsləhət görür ki, kişinin onunla mehriban olmasını istəyirsə, hər gecə onu razı salsın.

Həyatım sadəcə rənglənməklə kifayətlənməyib, həm də xeyli gözlərim açılıb. Əslində, həmişə düşünürdüm ki, ölkəni, insanlarımızı yaxşı tanıyıram, kifayət qədər söhbətlərin içindəyəm. Amma qəddarcasına yanılırmışam. Burda gedən söhbətlər mənə sübut elədi ki, ölkəmiz və insanlarımızla bağlı reallıq hissini çoxdan itirmişəm.

Məsələn, mən qadınlarımızın əsas qayğılarının nə olduğunu heç bilmirmişəm. İndi öyrənirəm ki, məsələn ərə gedən bacı qaynana-qaynata evində yaşayırsa, onun yanına həftədə neçə dəfə getmək lazımdır, bu, çox vacib məsələdir...

Məsələn, mən qadınlarımızın əsas qayğılarının nə olduğunu heç bilmirmişəm. İndi öyrənirəm ki, məsələn ərə gedən bacı qaynana-qaynata evində yaşayırsa, onun yanına həftədə neçə dəfə getmək lazımdır, bu, çox vacib məsələdir. Uzun-uzadı müzakirələr tələb edir. Həmçinin, sənin toyuna gələn rəfiqən dolların 78 qəpik olan vaxtlarında toya 50 dollar yazdırıbsa, indi sən uzun bir müzakirə açıb, müxtəlif mənbələrdən dəqiqləşdirməlisən ki, bu günlərdə ərə gedən o qızın toyuna sən nə qədər yazdırmalısan. Bunlar çox vaxib məsələlərdi. Ya məsələn, nişanlısı olduğun oğlanın keçmiş nişanlısının toyuna getmək sənə yaraşar, ya yox. Bu da çox vavib məsələ imiş, yüzlərlə qadın yüzlərlə müxtəlif fikir deyir və təbii ki, şəxsi fikrə hörmət etmək lazımdır.

Darıxdırıcı, üzücü bir iş gördüyün yerdə qrupdan yeni bildiriş gəlir. Pozulmuş bəkarəti necə bərpa etdirməli, ilk görüşə gedəndə özünü necə aparmalı, bacıya elçi gələndə, çox bəzənib-bəzənməməli, özündən 5 yaş böyük qızı sevən qardaşa harda cadu etdirməli və onu qızdan necə ayırmalı, falçı, çöpçü, seyid kimi institutların uzun-uzadı, ciddi arqumentləşdirilmiş müzakirəsi və daha nələr, nələr.

Bu müzkirələrdə iştirak etmək üçün ürəyim getsə də, qorxumdan bir dənə də olsun, şərh yazmıram. Birdən kimsə duyuq düşər, götürüb çıxararlar qrupdan. Təzə-təzə həyatım rənglənib, sonra nə edərəm. Sonra qal yenə ictimai sektorun, dünyanın geopolitik mənzərəsinin, feministlərin ümidinə.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG