Keçid linkləri

Təcili xəbərlər

Yay vaxtına keçidin fəsadları


ABŞ aliməri saatların yay və qış vaxtına keçirilməsinin insan orqanizminə necə təsir etdiyini müəyyən etdikləri haqda məlumat veriblər.

Daha öncələr də dəfələrlə deyilib ki, belə bir keçid insan orqanizminə mənfi təsir göstərir, lakin bunu sübut edən olmamışdı. Əldə edilən nəticələr o qədər də ürəkaçan deyil: saatların bir saat irəli və ya geri çəkilməsi insan orqanizmi üçün heç də təhlükəsiz deyil və insanlara çox ciddi mənfi təsir göstərir. Bundan əlavə, o da sübut edilib ki, vaxtın dəyişdirilməsi indiyədək deyilən ehtimallara görə, özündə heç bir qənaət faydasını da daşımır.

Finlandiya tədqiqatçılarının apardığı araşdırma isə onu göstərir ki, yay vaxtına keçiddən iki gün sonra insult olan insanların sayı 8% daha çox olub. Xərçəng xəstəliyi qurbanlarının bu müddət ərzində insult halı 25% daha çox, yaşı 65-də yuxarı olanlarda isə insultun baş vermə ehtimalı 20% artıb.

ABŞ mütəxəssislərinin əldə etdikləri statistik məlumatlara görə, regionda saatları dəyişərkən şəhər və ya region həyatı ilə bağlı narazılığı olan insanların sayı da çoxalır. Bundan əlavə, insanlar sadəcə bir saat daha az yatmaq faktından heç də məmnun qalmırlar, bu isə onların iş fəaliyyətində də özünü biruzə verir. Yay və qış vaxtına keçid həmçinin orqanizm üçün stress mənbəyi də ola bilir, insanlar özlərini yorğun və əzgin hiss edirlər. Bəzilərində isə immunitet zəifləyir və saat dəyişdirildikdən sonra onlar daha tez-tez xəstələnirlər.

Bu müddət ərzində insanların 75%-i işdən tez yorulurlar, ümumi sayın üçdə bir hissəsi isə yuxusuzluqda əziyyət çəkir.

Qış və yay vaxtına keçid həmçinin insan orqanizminə təsir göstərərək depressiyaya səbəb ola bilər. Bu həm də daha ciddi psixoloji pozğunluqlara da gətirib çıxara bilər. Statistikaya görə, psixoloji baxımdan müxtəlif pozğunluqlardan əziyyət çəkənlərin sayı saatların dəyişdirilmə müddətində 11% daha çoxalır, ona görə də əqrəblərin yerini dəyişməzdən öncə insanların buna nə qədər ehtiyacı olduğunu da nəzərə almaq tövsiyyə edilir.

XS
SM
MD
LG