Keçid linkləri

Təcili xəbərlər

ABŞ hökümət saytlarının 92 faizi qüsurludur


ABŞ-ın əsas hökümət saytlarının 92 faizi təhlükəsizlik, iş sürəti, çatımlılıq kimi elementar tələblərə cavab vermir.

İnformasiya Texnologiyaları və İnnovasiyalar Fondunun (ITIF) yeni hesabatı bunu göstərir.

Araşdırma üçün ekspertlər ABŞ hökümətinə aid altı min sayt arasından ən çox daxil olunan 297 saytı nəzərdən keçiriblər.

Bu saytlar dörd kriteriya üzrə qiymətləndirilib: təhlükəsizlik, iş sürəti, bütün istifadəçilərə çatımlılıq, mobil cihazlardan rahat istifadə.

Ekspertlər saytları incələyəndən sonra belə qənaətə gəliblər ki, onların 92 faizi elementar tələblərdən heç birinə cavab vermir.

Saytların təhlükəsizliyi hipermətnin güvənli ötürülmə protokolu (HTTPS), domen adların təhlükəsizlik sistemi modulları (DNSSEC) aspektindən dəyərləndirilib. Nəzərdən keçirilən saytların 61 faizi bu göstəricilər üzrə sınaqdan çıxa bilib.

Veb saytların yalnızca 58 faizinin əngəlli istifadəçilər üçün çatımlı olduğu, 297 saytdan üçdə birinin “mobil uyumlu” olduğu üzə çıxarılıb.

ITIF bildirir ki, bu hesabat ABŞ hökümətinə qüsurları aradan qaldırmaq və bütün amerikalıların elektron hökümət xidmətləri və informasiyalarına təhlükəsiz, rahat şəkildə çatmasını təmin etmək üçün bir fürsətdir.

Ən son yazılan

XS
SM
MD
LG