Keçid linkləri

Təcili xəbərlər

Əfsanəvi “gizli peyk” kameralara düşüb


İnternetdə Streetcap1 niki ilə tanınmış UFO ovçusu YouTube-da əfsanəvi «Qara cəngavərin» görüntüsü olan video yerləşdirib. Uzun zamandan bəri Yerin ətrafında fırlanan qəribə formalı peykə belə ad verilib.

Beynəlxalq Kosmik Stansiyanın (BKS) kameraları ufoloqların «Qara cəngavər» adlandırdığı bu sirli obyektin uçuşunu qeydə alıb. İstifadəçilər hesab edirlər ki, o, Yeri yadplanetlilərin hücumundan qoruyur. Alimlərsə başqa cür düşünürlər.

Tədqiqatçıların fikrincə, BKS-in kamerasına düşən sadəcə astronavtların 1998-ci ildə itirdikləri termal yorğandır. Mütəxəssis Skot Brando (Scott Brando) iddia edir ki, «Qara cəngavər» sadəcə BKS-in əksidir.

İki il əvvəl internetdə "Endeavor" missiyasının işi zamanı termal yorğanın kosmik fəzaya uçmasını əks etdirən görüntülər yayılmışdı.

Buna baxmayaraq, istifadəçilər hələ də "Qara cəngavərin" mövcudluğuna inanırlar.

Onların arasında "Qara cəngavərin" 13000 il yaşı olan, orbiti Yerə yaın məsafədə olan peyk olduğunu düşünənlər var.

"Qara Cəngavər minlərlə il bundan əvvəl Yerin orbitinə yerləşdirilmiş qədim astronavt satellitidir", - Scott C Waring yazıb.

Ümumilikdə isə, yadplanetli peyk haqqında əfsanə yeni deyil.

Hələ 1899-cu ildə Nicola Tesla kosmosdan radio dalğaları qəbul etdiyini bildirmişdi. İnsanlar bu siqnalların kosmosdakı yadplanetlilərdən qaynaqlandığını düşünməyə başlamışdılar.

1928-ci ildə Norveçin Oslo şəhərində aparılan eksperimentlər zamanı da eyni siqnalların qəbul edildiyi aşkar olunmuşdu.

1954-cü ildə ABŞ-ın dövlət qəzetləri istefada olan aviasiya mayoru və UFO tədqiqatçısı Donald Keyo-ya (Donald Keyhoe) istinadən ABŞ Hava Qüvvələrinin Yerin ətrafında dövr edən iki peyk aşkar etdiyini yazmağa başladı. Həmin vaxt hələ Yerdən heç bir süni peyk buraxılmamışdı.

1960-cı illərdə, Yerdən süni peyklərin buraxılmasından sonra isə ABŞ Donanması qara bir obyekt aşkar etdiyini bildirdi. Bu qeyri-adi obyektin sovet casus peyki olduğu ehtimal edilirdi.

Bu mif 1963-cü ildə, NASA astronavtı Qordon Kuperin (Gordon Cooper) kosmosda olarkən Qara Cəngavər peykini gördüyünü iddia etməsindən sonra yaranıb. Ancaq sonradan media ABŞ kosmik agentliyinin bunu kosmik halüsinasiya adlandırdığını yazmağa başladı.

On il sonra, 1973-cü ildə şotland alimi Duncan Lunan Norveç alimlərinin 1928-ci ildə əldə etdikləri məlumatlara yenidən nəzər saldıqdan sonra Qara Cəngavərin 12600 il bundan əvvəl Epsilon Botis ulduzunun sakinləri tərəfindən Yerə mesaj olaraq göndərildiyini iddia etdi.

1998-ci ildə peykə aid olduğu deyilən ilk fotoşəkillər ortaya çıxdı. Bu şəkillər "Endeavor" kosmik şatlının BKS-ə ilk səfəri zamanı şatlın heyəti tərədindən çəkilmişdi.

Ancaq skeptiklər bütün bu əfsanənin 1998-ci ildə şəkillərin ortaya çıxmasından sonra retrospektiv yaradıldığını iddia edirlər.

1899 və 1928-ci ildə qəbul edilmiş radiosiqnallar hələ də müəmma olaraq qalmaqdadır. Alimlər deyirlər ki, bu səslərin nə olması barədə gümanlar arasında onların yadplanetlilərə aid olması ehtimalı yoxdur.

Alimlər iddia edirlər ki, aparılan tədqiqat 1954-cü ildə Keyo-nun qəzetlərdə çıxan yalan məqalələri və UFO-lara həsr olunmuş bir kitabı reklam etmək üçün belə davrandığını göstərir.

Ən son yazılan

XS
SM
MD
LG