Keçid linkləri

Təcili xəbərlər

Stiven Xoukinq vahid dünya hökuməti qurmağa çağırıb


Tanınmış britaniyalı nəzəriyyəçi fizik və kosmoloq Stiven Xoukinq (Stephen Hawking) "The Times" nəşrinə müsahibəsində sivilizasiyanı xilas etməyin yollarından danışıb. O, gələcəkdə dünya dövlətinin yaradılmasını dəstəklədiyini deyib.

Alimin fikrincə, insanlar son dərəcə aqressiv növdür və məhz aqressiya homo sapiensin növlərin iyerarxiyasında indi malik olduğu yerə çatmasına imkan verib. Xoukinq deyir ki, aqressiya bəşər sivilizasiyasının yaranması dövründə lazım idi. Dünyada çoxlu kütəvi qırğın silahları mövcuddur. Ona görə də yalnız vahid dünya rəhbərliyi insan aqressiyasının qarşısını ala və ona nəzarəti təmin edə bilər.

Bəs bunu necə etməli? Stiven Xoukinq qeyd edir ki, bunu "ümumdünya hökumətinin müəyyən forması" təmin edə bilər. Ancaq alimin özü sözügedən üsul-idarənin bütün dərdlərin çarəsi olduğunu iddia etmir. Axı ümumdünya idarəçiliyi dünyanın hər yerini əhatə edən diktaturaya gətirib çıxara bilər.

Xoukinq bəzi bioloji növlətin nəslinin kəsilməsi, nəzarətdən çıxmış süni zəka və fəlakət həddinə çatmış qlobal istiləşmənin olacağını desə də, ümumilikdə gələcək barədə nikbin düşünür.

Xoukinqin əsas elmi nailiyyəti qara dəliklərdən qaynaqlanan şüalanmanın təsviri ilə bağlıdır. Xoukinqin kitabları onlarla dilə tərcümə edilib və ən azı 10 milyon tirajla satılıb. Xoukinq 1988-ci ildə elmi-kütləvi "Zamanın qısa tarixi" kitabını nəşr etdirəndən sonra dünya şöhrəti qazanıb.

Onun ən çox diqqəti cəlb edən işi məhz “Xoukinq radiasiyasıdır". Xoukinqin irəli sürdüyü hipotezə görə bu, qara dəliklərdən çıxmağa qadir olan enerji növüdür.

“Mən qara dəliklərin tamamilə qara olmamasına dair kəşfimə körə Nobel mükafatı ala bilərəm. ...Qaydalara görə kəşfin effekti müşahidələrlə təsdiq olunmalıdır. Nəhəng qara dəliklər üçün bunu etmək çətindir, çünki onların temperaturu dərəcənin milyonda biri qədərdir. Ancaq mən indi Xoukinq radiasiyasının kortəbii qravitasiya dalğalarında aşkar edilə bilib-bilməyəcəyini araşdırıram", - Xoukinq deyir.

Hələ əlli in öncə həkimlərin ən çoxu iki il yaşayacağını dediyi Xoukinq bu günlərdə 75 yaşını qeyd edib. O, həyatından razıdır, ancaq taleyin bundan sonra bəxş edəcəklərini də maraqla gözləyir. Astronavt kimi kosmosa uça biləcəyini belə istisna etmir. “Mənim bəxtim gətirib ki, uğurlu karyeram olub. Elmi işimdə çox uğur qazanmışam və dünyanın ən tanınmış alimlərindən biri olmuşam. Üç uşağım və hələlik üç nəvəm var.

Çox səyahət edirəm. Antarktikada olmuşam, Koreya, Çin, Hindistan, İrlandiya, Çili və Birləşmiş Ştatların prezidentləri, dörd papa ilə görüşmüşəm. Sualtı qayıqda və kosmosa uçuşa hazırlıq kimi həyata keçirilən sıfır qravitasiyalı uçuşda olmuşam. Mən hələ də "Virgin Galactic" gəmisində kosmosa uçmağa ümid edirəm. Bu, yaşamaq üçün çox gözəl zamandır”, - o deyir.

Ən son yazılan

XS
SM
MD
LG