Keçid linkləri

Roskosmos 14 martdan etibarən kosmonavt heyətinə namizədlər seçməyə başlayıb.

Kosmik korporasiyanın verdiyi məlumatda bildirilir ki, qaliblər hazırda inkişaf mərhələsində olan “Federasiya” kosmik gəmisinin ilk pilotları və Aya uçacaq ilk rusiyalı olacaqlar. Bu missiya verilən son xəbərlərə görə, 2030-cu ilə təsadüf edəcək.

Kosmonavt heyətinə yaşı 35-dən yuxarı olmayan ali təhsilli Rusiya vətəndaşları tələb edilir. Üstünlük əsasən aviasiya və raket-kosmik sahəsində təcrübəsi olanlara verilir. Namizədlər həmçinin ingilis dilini bilməli və kompüter texnologiaysı ilə işləməyi bacarmalıdırlar.

Gələcək kosmonavtlar heyətə daxil olmazdan əvvəl, onların təhsil və peşəkar bilik səviyyəsi, psixoloji və ümumi sağlamlıq durumları və fiziki hazırlıqları yoxlanılacaq.

Kosmonavt hazırlıq mərkəzinin müdir müavini Yuriy Malençenkonun sözlərinə görə, namizədlər sənədlərini 4 ay ərzində göndərməlidirlər. Növbəti mərhələ isə onların seçimindən ibarət olacaq. 2017-ci ilin dekabr ayında isə nəticələr açıqlanacaq.

Kosmonavt heyətində hazırda 30 nəfər var ki, onların 14-ü indiyədək heç vaxt kosmosa uçmayıb.

Əvvəllər kosmonavtlar yalnız hərbi pilot və raket-kosmik sahədə çalışan mühəndislər arasından seçilirdi. Bu seçimlər sayca 17-ci olacaq. Son seçimlərin elanı 2012-ci ildə olub. Həmin zaman ilk dəfə olaraq açıq müsabiqə keçirilib.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG