Keçid linkləri

Təcili xəbərlər

Uşaqlar televizora çox baxarsa...


Britaniya alimləri deyirlər ki, gündə üç saat və daha artıq televizora baxmaq uşağın böyüyəndə ikinci tip diabet xəstəliyinə tutulmaq riskini artıra bilər.

Müasir dövrdə uşaqlar saatlarla gözlərini televizorun, planşet və smartfonların ekranına zilləyərək otururlar. Bu isə onlarda ikinci tip diabetin yaranması təhlükəsini artırır. Alimlər müəyyən ediblər ki, gündə üç saat televizora baxan uşaqlar daha çox bədən çəkisinə malik olurlar. Onların insulinə müqaviməti də televizora onlar qədər baxmayan yaşıdlarından daha artıq olur. Bu tədqiqatın nəticələri fərqli ekranlarla bağlı göstəricilərin eyni olduğunu ortaya qoyub. Başqa sözlə, televizor, planşet, smartfon və kompüterin ekranları qarşısında vaxt keçirən milyonlarla uşaq diabet riski ilə üz-üzədir.

Statistika göstərir ki, yaşı 5-dən az olan müasir uşaqlar orta hesabla gündə 4 saat 11 dəqiqələrini ekranı olan müxtəlif elektron qurğularla ünsiyyətdə keçirirlər. Yaşı 5-lə 15 arasında olan uşaqlar arasında isə bu göstərici gündə 5 saat 33 dəqiqədir.

London, Birmingem və Lester şəhərlərinin 200 ibtidai məktəbinin yaşları 9-10 arasında olan 4500 şagird arasında aparılmış tədqiqat zamanı alimlər bir sıra metabolik və kardiovaskulyar risk faktorlarını nəzərdən keçiriblər. Onlar qanda yağların miqdarı, insulinə qarşı müqavimətlilik, acqarına qanda qlükozanın zəviyyəsi, iltihab doğuran kimyəvi maddələrin miqdarı, qan təzyiqi və bədəndəki yağın miqdarı kimi göstəriciləri ölçüblər.

İnsulinə qarşı müqavimətlilik (insulin rezistansı) zamanı hüceyrələr mədəaltı vəzin hormonu olan və qanda qlükozanın səviyyəsinə nəzarət edən insulinə reaksiya verməməyə başlayır.

Uşaqlardan ekran qarşısında nə qədər vaxt keçirdikləri də soruşulub. Onların yalnız 4%-inin heç zaman hər hansı ekran qarşısında vaxt keçirmədiyi məlum olub. Uşaqların 37 faizi ekran qarşısında bir saat və daha az vaxt keçirirmiş. Uşaqların 28 faizi gündə 1-2 saat, 13 faizi idə 2-3 saat ekran qarşısında olur. 18%-ində gün ərzində ekran qarşısında 3 saatdan artıq vaxt keçirdiyi məlum olub. Oğlanlar arasında ayrıca götürülmüş göstərici 22 faiz, qızlar arasında isə 14 faizdir.

Londonun Sent George Universitetinin alimləri deyirlər ki, bütün dünyada bu metabolik pozğunluğun qurbanlarının sayı artmaqda davam edir.

Əgər birinci tip diabet qətiyyən həyat tərzindən asılı deyilsə, ikinci tip diabetə daha çox artıq çəkisi olan insanlar tutulur. Bu xəstəlik uşaqlara təhlükə törətmir və əsasən böyüklərdə otraya çıxır. Ancaq uşaq yaşlarında artıq çəki və piylənmə orta və böyük yaşda diabetə tutulma riskini artırır. Diabet xəstələrinin say o qədər sürətlə artır ki, 2050-ci ildə bu say dünyanın inkişaf etmiş ölkələrinin bütün yütkin əhalisninin 30 faizini təşkil edə bilər.

Alimlər həmçinin ekran qarşısında gündə üç saat vaxt keçirməklə qanda leptin hormonunun səviyyəsi arasında əlaqəni də araşdırıblar. Piy vəzilərinin ifraz etdiyi bu hormon "doyma hormonu" adlanır və iştaha, qanda qlükozanın səviyyəsinə və insulin rezistansına nəzarət edir.

Tədqiqatın müəllifi, London Universitetinin Sent George kollecindən doktor Kler naytinqeyl (Claire Nightingale) deyir: "Bizim gəldiyimiz nəticə göstərir ki, erkən yaşlarda ekran qarşısında keçirilən gündəlik vaxtı məhdudlaşdırmaqla ikinci tip diabet riskini azaltmaq olar".

Tədqiqatın nəticələri "Archives of Disease in Childhood" nəşrində dərc edilib.

XS
SM
MD
LG