Keçid linkləri

Şimali Karolina Universitetinin alimləri 2008-2012-ci illər ərzindən 40000 alıcının aldığı 80000-dən artıq ərzaq və içkilərin etiketlərini incələyiblər.

Araşdırma göstərib ki, məhsulun qablaşdırması üzərində yağın, şəkərin olmaması, az miqdarda duz olması yazıları alıcılarda güvən yaradır. Ancaq, bu qeydlər məhsulun real tərkibini əks etdirməyə bilər.

Tədqiqat iştirakçılarının aldıqları qida məhsullarının 13 faizinin, içkilərin 35 faizinin tərkibində müəyyən maddələrin az miqdarda olmağı və ya heç olmamağı ilə bağlı yazılar olub. Ən çox isə yağın azlığı qeydinə rast gəlinib. Yüksək və orta gəlirli ailələr daha sıx bu cür məhsullar alıblar.

Nəticələr göstərib ki, bir çox hallarda etiketlərində şəkərin, yağın, kalorinin az olduğu yazılan məhsullar, bu cür qeydlər olmayan məhsullardan daha yuxarı qida dəyərinə sahibdir. Bəzənsə qida dəyəri yuxarı göstərilən məhsullar gerçəkdə az kalorilidir.

Araşdırmaçılar məsləhət görürlər ki, alıcılar diqqətli olsunlar. Məsələn, aşağı kalorili keksin 40 qramında 3 qram, tortun isə 125 qramında 3 qram yağ olmalıdır. Əgər alıcı az yağlı bir desert istəyirsə bilməlidir ki, az yağlı keks az yağlı tortdan daha yağlı ola bilər.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG