Keçid linkləri

Təcili xəbərlər

“Bir külək idi, əsdi keçdi” deyəndə qəzəblənənlərə!


Kamyu “bir ölkəni yaxından tanımaq istəyirsinizsə, o ölkədə insanların necə öldüklərinə baxın” deyirdi.

Bu mənada günümüz Azərbaycanının acı gerçəklikləri təkcə son günlərdə yaşanan iki faciəvi olayda gizlənib deyə bilərik (mən hələ daha əvvəl yaşananları demirəm).

Və artıq bu cür dəhşətli ölümlərə əsla heyrətlənməyən, bunları adi qarşılayan, olsa-olsa, sıradan, ötəri hüznlü kəlmələrlə ötüşdürən, yaşanan acıların pərdəarxasını sorğulamayan böyük çoxluq.

Öncə 6 tələbənin ölümü ilə sonuclanan dəhşətli yol qəzası.

Ardınca da ikisi tələbə olmaqla 5 insanımızın ölümünə gətirib çıxaran dəm qazı faciəsi.

Və artıq bu cür dəhşətli ölümlərə əsla heyrətlənməyən, bunları adi qarşılayan, olsa-olsa, sıradan, ötəri hüznlü kəlmələrlə ötüşdürən, yaşanan acıların pərdəarxasını sorğulamayan böyük çoxluq.

Nə qədər ağır, nə qədər dözülməz, nə qədər ürəkparçalayan mənzərədir, elə deyilmi?!

***

Binəqədidəki bina yanğını yadınızdadırmı? O faciəvi hadisədən sonra bir aparıcının “külək idi, əsdi keçdi” sözlərini necə?

Əksəriyyət həmin aparıcını linç etməyə qalxmışdı.

Belə olmasaydı, elə həmin bina yanğınının məsuliyyətinin bir-iki sonuncu dərəcəli çinovnikin üzərinə yüklənməsinə səssiz qalardıqmı?

Osa həmin sözlər bizim yaşadığımız acılara həqiqi, səmimi münasibətimizi çox dəqiq ifadə edirdi.

Bütün faciələr çoxluq üçün sadəcə, “külək kimi əsib keçir”.

Belə olmasaydı, elə həmin bina yanğınının məsuliyyətinin bir-iki sonuncu dərəcəli çinovnikin üzərinə yüklənməsinə səssiz qalardıqmı?

Yaxud bir neçə ay öncə dənizdə baş verən neftçi faciəsini unutmaq üçün bizə bir neçə gün bəs etmədimi? Sosial şəbəkələrdə isti-isti kədərli reaksiyalar verməklə növbəti dəfə işimizi bitmiş saymadıqmı? Toplum olaraq, bu faciəyə yol açanların məsuliyyətə cəlb etdirmək üçün nə etdik?

***

Bakı-Sumqayıt şossesindəki qətliam kimi yol qəzası baş verdikdən cəmi 2-3 gün sonra da mənzərə eyni deyildimi?

Ən azı qəzanı törədən sürücünün lisenziyasız fəlaiyyət göstərdiyi faktı etiraf edilmişdi. Bu fakta görə yaxasından yapışılan kimsə varmı? Yoxdur.

Ən azı qəzanı törədən sürücünün lisenziyasız fəlaiyyət göstərdiyi faktı etiraf edilmişdi.

Bu fakta görə yaxasından yapışılan kimsə varmı? Yoxdur.

Bəs bizim buna bir təpkimiz varmı? O da yoxdur.

Elə isə insanlarımızın illərdən bəridir ucuz ölümlərə qurban getməsindən təbii nə ola bilər?

Elə isə sabah mənim, sənin, onun... tanıdığımız-tanımadığımız hər kəsin bu ölkədə bu cür ucuz ölümlərə qurban getməyəcəyinə kim təminat verə bilər?!

***

Xırdalanda 5 can alan dəm qazı faciəsi ilə bağlı da hər şey təkrarlanacaq.

Rəsmilər “faciənin səbəblərinin araşdırılıb ictimaiyyətə məlumat veriləcəyini” vəd edəcəklər.

Gedən canlar qayıtmayacaq. Neçə-neçə doğmanın gözü yaşlı, köksü yaralı qalacaq. Onların sırasına da zaman-zaman yeni faciə qurbanları, bu qurbanların ailələri, doğmaları qoşulacaq.

Statistik azərbaycanlılar bir-iki gün sosial şəbəkələrdə bir az qəzəbli, bir az hüznlü statuslar yazacaq, tvitlər atacaqlar.

Atəş isə düşdüyü yeri yandıracaq. Gedən canlar qayıtmayacaq. Neçə-neçə doğmanın gözü yaşlı, köksü yaralı qalacaq.

Onların sırasına da zaman-zaman yeni faciə qurbanları, bu qurbanların ailələri, doğmaları qoşulacaq.

Çünki istənilən bir toplum başına gələn-gətirilən olayları sorğulamadıqca, həm də yeni-yeni acılara, yeni-yeni faciələrə dəvət göndərmiş olur.

Və bütün bunlardan sonra özünüz deyin, həm də əlinizi ürəyinizin üstünə qoyub deyin, səmimi deyin, vicdanla deyin: hansısa bir aparıcının ola bilsin lap cahilliyindən söylədiyi “bir külək idi əsdi keçdi” deməsinə qəzəblənməyə nə qədər haqqımız çatır?!

Biz nə vaxt bu cür “küləklərə” qarşı getdik, o “küləklərin” sadəcə “əsib keçməsinə” qarşı dayandıq, hesab istədik, sorğuladıq, heç olmasa, bircə dəfə əsl günahkarın cəzalanmasına nail olduq ki, sonra da belə dediyinə görə kiməsə kükrəyir, acıqlanır, cin atına minirik?!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG