Keçid linkləri

Təcili xəbərlər

Görmə qüsurlu insanlara xoş xəbər


Son illər bionik göz sahəsində irəliləmələr görmə qüsurlu insanlara ümid verir.

Artıq mühəndislər yeni nano ölçülü sistem yaradıblar. Gözün retina hissəsinə yerləşdirilən bu sistem beyinə görmə siqnalları ötürən neyronları stimullaşdıraraq işığa reaksiya vermələrinə imkan verir. Digər sistemlərdən fərqli olaraq yeni cihaz hər hansı bir xarici sensora ehtiyac duymur, daha yüksək nəticə göstərir.

Yeni implantı Kaliforniya Universitetinin mühəndisləri hazırlayıblar. Bu sistem daha aydın görməni təmin edən nanotellərdən faydalanır, kameraya gərək olmur.

Nanotellər retinanın içərisindəki fotoreseptor hüceyrələrə bənzər şəkildə hazırlanıb. Onlar işıq axınını hiss etdikləri zaman retina hüceyrələrini qıcıqlandıran elektrik ötürürlər və bu siqnallar beyinə göndərilir. Ölçüsünə görə, təbii retina hüceyrələrinə yaxın olduğu üçün digər bionik gözlərdən fərqli olaraq yeni cihaz daha aydın, dəqiq görməyə imkan yaradır.

Sistem enerjiylə kablosuz, induksiya vasitəsilə təmin edilir. Bədənə xaricdən yerləşdirilən elektronmaqnit sarğı enerjini implanta çatdırır. Tədqiqatçıların sözlərinə görə, ötürülmə zamanı enerji itkisinin azaldılması ona qənaət etməyə imkan verir.

Növbəti mərhələdə implant heyvanlar üzərində test ediləcək, bundan sonra kliniki araşdırmalara başlanılacaq.

XS
SM
MD
LG