Keçid linkləri

Təcili xəbərlər

Dişləri ağartmağın ən effektiv təbii üsulu


Alimlər dişləri ağartmağın ən təhlükəsiz üsulinu aşkar ediblər. Onlar iddia edirlər ki, istənilən aptekdə həb şəklində satılan adi aktivləşdirilmiş kömür sizin "ev stomatoloqunuz" ola bilər. Bu ucuz və əlçatan preparat 2-3 istifadə ərzində diş ərpini təmizləyərək, diş həkiminə getmədən sizə gözqamaşdırıcı təbəssüm bəxş etməyə qadirdir.

Mütəxəssislərin iddiasına görə, dişlərin ev şəraitində ağardılması xeyli incə məsələdir. Belə ki, bu prosedurun ev şəraitində həyata keçirilən üsullarının heç də hamısı təhlükəsiz deyil. Belə vasitələrə misal olaraq dişlərin qeyri-peşəkar üsulla ağardılması üçün ən populyar vasitələr olan çay sodası və hidrogen piroksidi göstərmək olar. Alimlər iddia edirlər ki, dişləri ev şəraitində ağartmanın digər üsullarından fərqli olaraq, aktivləşdiirlmiş kömür demək olar ki, heç bir yan təsirə malik deyil. O, damaqların iltihabına və diş minasının nazilməsinə yol açmır.

Alimlər bildirirlər ki, dişlərin ev şəraitində aktivləşdirilmiş kömürlə sadə və təhlükəsiz ağardılmasının bir neçə üsulu mövcuddur. Məsələn, bir neçə aktivləşdirilmiş kömür həbini toz halına salaraq diş pastası konsistensiyasına gələnə qədər su ilə qarışdırmaq olar. Bundan sonra bu qarışığı diş fırçasının üzərinə qoyaraq onunla dişləri 2-3 dəqiqə ərzində təmizləmək olar. Ancaq tənbəllər üçün ekspress təmizləmə üsulu da mövcuddur: aktivləşdirilmiş kömür həbini sadəcə çeynəyərək ağızı su ilə yaxalamaq da olar. Mütəxəssislər qeyd edirlər ki, dişlərin təmizlənməsinin birinci üsulu çoxdankı ərpi daha tez təmizləməyə imkan verir. Ancaq "tənbəl" üsulun təsiri bundan xeyli azdır. Bu halda nəticə ən azı 5-6 prosedurdan sonra görünməyə başlayır.

Qeyd edilir ki, aktivləşdirilmiş kömür diş ərpini uğurla təmizləsə də, diş daşının öhdəsindən gələ bilmir. Bunun üçün yenə də diş həkiminə getmək lazım gələcək. Mütəxəssislər həmçinin xəbərdar edirlər ki, bu üsul damaq və dişləri həssas olan insanlara yaramır.

Bəs aktivləşdirilmiş kömür nədir?

Aktivləşdirilmiş kömür kömürün xüsusi qazla qızdırılması nəticəsində əldə edilir. Bu zaman qaz mineralın içərisində məsamələr yaradır. Bu məsamələr kimyəvi maddələri tutub saxlamağa kömək edir. Aktivləşdirilmiş kömürdən daha çox bağırsaqlardakı qazı, hamiləlik dövründə xolestazı müalicə etmək üçün istifadə edirlər. Onu həmçinin xolesterol səviyyəsi aşağı olan insanlara təyin edirlər. Bu preparat iysiz və dadsızdır. Onu həb şəklində istənilən aptekdən almaq mümkündür.

Aktivləşdirilmiş kömürün məsamələri dişlərin üzərindəki bərkə hissəciklərə, əsasən ləkələrə və ərpə birləşərək dişin bu maddələrdən təmizlənməsini asanlaşdırır. Kömür dişlərinizin üzərində kifayət qədər qalandan sonra təmizlənərkən özü ilə birlikdə ərpi, ləkələri və yemək qalıqlarını da aparır. Beləliklə də o, dişləri ağardır. Bununla yanaşı, aktivləşdirilmiş kömür dişin öz təbii rəngini dəyişmir.

Mütəəssislər bu prosedura müraciət etməzdən əvvəl diş həkimi ilə danışmağı məsləhət görürlər.

XS
SM
MD
LG