Keçid linkləri

Təcili xəbərlər

Savaş stretegiyayla qazanılır


Robert Qrinin "33 srategiyada savaş" kitabını oxuduqdan sonra anlayırsan ki, hər hansı bir savaşda ən son texnologiyaya uyğun silahlar həlledici deyil. Əsas olan düzgün seçilmiş strategiyadır. Zatən kitabda da bunun tarixdəki çoxsaylı örnəkləri göstərilir. Yaxın tariximizdən 2006-cı ildə Hizbullahın İsrailə hərbi dərs keçməsi də buna sübutdur. Əsas məsələ ilk növbədə düşmənin qüdrətliliyinə aldanmamaq, düşmənin zəif yerlərini müəyyənləşdirə bilməkdir.

İsrail Hizbullahın əsas nöqtələrini vuraraq sıradan çıxaracaq, zəiflədəcək və bitirəcəkdi. Savaş 2 həftəliyinə nəzərdə tutulmuşdu, ancaq 33 gün davam etdi...

2006-cı ildə iki İsrail əsgərinin Hizbullah tərəfindən əsir götürülməsi müharibənin başladılması üçün bəhanə oldu. Niyə bəhanə? Çünki Hizbullahın bitirilməsi və Livanın İsrailin kuklasına çevrilməsi planına hələ 2004-cü ildən başlanılmışdı. Bütün plan detallarına qədər işlənilmişdi. İsrailin ordu komandanı hərbi hava qüvvələri zabiti idi. Təsadüfi deyil ki, savaş başlayan kimi əsas plan hava hücumları üzərində qurulmuşdu. İsrail Hizbullahın əsas nöqtələrini vuraraq sıradan çıxaracaq, zəiflədəcək və bitirəcəkdi. Savaş 2 həftəliyinə nəzərdə tutulmuşdu, ancaq 33 gün davam edərək, İsrailin yenilgisiylə sonuçlandı.

33 gün ərzində nə az, nə çox İsrail Hizbullahı 5000 dəfə bombalamışdı. Hizbullahın yeraltı 40 metr dərinlikdə olan sığınacaqlarından isə xəbəri yox idi. Buna görə də, hava hücumu fiaskoya uğradı. Əvəzində, Hizbullah ilk günlər ümumiyyətlə zərbələrə heç bir reaksiya vermirdi. İsrail mediası isə, qələbə propaqandası aparırdı. Ancaq, bu özündən əminlik uzun sürmədi. Belə ki, Hizbullah İsrailin ən son texnologiyalı hərbi gəmisini 120 km hədəfi vuran raketləri ilə yararsız hala saldı. Sürprizlər başlamışdı.

İsrailin adı dillər əzbəri olan kəşfiyyat orqanı Mossadın Hizbullahın əlindəki silahlardan, taktikasından xəbərsiz olduğu üzə çıxdı. Əslində Robert Qrin öz kitabında vurğuladığı kimi, savaşda hücuma keçən tərəf öz kartlarını ortaya qoyduğundan qarşı tərəf üçün əks plan qurmaq asanlaşır. Hizbullah da belə edirdi. İsrail elə savaşın ilk həftəsindən gözləmədiyi zərbələr alırdı. Hətta ABŞ-ın ən gözdə generalları belə savaşı İsrailin xeyrinə tamamlandırmaq üçün baş sındırdılar.

Ancaq ilk dəfə olaraq, Hizbullahın raket zərbələri nəticəsində İsrail (xüsusilə Hayfa şəhərində) insanları sığınacaqlara yığmağa məcbur oldu. Artıq savaşın hava hücumları ilə qazanılmayacağı anlaşılanda, İsrail quru qoşunları ilə müdaxiləyə məcbur oldu. Bu isə növbəti fiaskonun başlanğıcı oldu.

...əraziya yaxşı bələd olan Hizbullah əsgərləri, tankların keçəcəyi yerləri xüsusilə keçilməz hala salırdılar. İsrail isə tankların önündə buldozerlərlə yolu təmizləməyə məcbur olurdu.

İsrailin çox güvəndiyi yeni tankları da xüsusi taktika ilə sıradan çıxarıldı. Belə ki, əraziya yaxşı bələd olan Hizbullah əsgərləri, tankların keçəcəyi yerləri xüsusilə keçilməz hala salırdılar. İsrail isə tankların önündə buldozerlərlə yolu təmizləməyə məcbur olurdu. Bir tankın vurulması isə tank karvanını yavaşladır və hədəfə tuş gətirirdi.

Hizbullah o qədər peşəkar idi ki, hətta bəzi İsrail əsgərləri gördüklərindən dəli olmaq həddinə çatdılar. İsrail hökuməti isə mediaya basqı edərək, yenilgisini ört-basdır etməyə çalışırdı. Sonunda İsrail nəinki Livana müdaxilə ilə Hizbullahı aradan götürə bilmədi, hətta savaşın son günlərində Hizbullahın əlindəki raketlərlə Qüdsü vura biləcəyindən ciddi qorxuya düşdü. Savaş İsrailin geri çəkilməsiylə sonuclandı.

Beləliklə, İsrailin 2006-cı ilə qədər baş verən 3 İsrail-Ərəb münaqişəsindəki qələbələrindən sonra yaratdığı güclü ordu, güclü kəşfiyyat mifi dağıdıldı.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG