Keçid linkləri

Təcili xəbərlər

Əcaib “reallıq”lar ölkəsi


DÜŞÜNƏNDƏ Kİ, BUNLAR BAŞQA ÖLKƏLƏRDƏ DƏ OLUB

Nə yaxşı ki, bu dünyada təskinlik verən məqamlar da var. Bəli, yaşadağın ölkənin əcaib gerçəkliyi səni boğanda, gücün və sözün heç kimə və heç nəyə çatmayanda düşünürsən ki, indi bizim yaşadığımız bu eybəcərlikləri başqları da, başqa cəmiyyətlər də əlli və ya yüz il bundan əvvəl yaşayıblar.

...düşünürsən ki, əgər digər cəmiyyətlər bu eybəcərlikləri nə vaxtsa dəf etməyə nail olublarsa, deməli hələ də ümid var, hələ ki yaşamağa və çalışmağa dəyər.

Bu, adama bir az təskinlik verir. Bir az toxdadır adamı. Həm də düşünürsən ki, əgər digər cəmiyyətlər bu eybəcərlikləri nə vaxtsa dəf etməyə nail olublarsa, deməli hələ də ümid var, hələ ki yaşamağa və çalışmağa dəyər.

Bunu dərk etmək adamı bir az yüngülləşdirir. Məsələ bundadır ki, biz “analoqu olmayan” ifadəsini çox sevirik və bir çox hallarda bizə elə gəlir ki, bütün yaşantılarımız, fərdi və yaxud ictimai çətinliklərimiz fövqəlorijinal bir xarakter daşıyır. Amma yox, bütün bunlar nə vaxtsa, haradasa artıq olub...

YUXARIYA BAXIB FİKİR ELƏMƏKDƏNSƏ...

Qərəz, belə baxanda indi də problemsiz ölkə yoxdur. Sadəcə, normal ölkələrdə ən azı problemlərin səbəbini izah edirlər. Elə ölkələr də var ki, onların hakimiyyətləri hətta bunu belə artıq hesab edir, özlərinə əziyyət vermək istəmirlər.

Bədbəxtlikdən Azərbaycan da bu cür ölkələrdən biridir – burada hakimiyyətin hətta özünə əziyyət verərək nələrisə başa salmaq, bir az əvvəldə dediyim kimi nəyisə izah etmək həvəsi yoxdur.

Ötən gün baxıram, yüksək çinli məmurlardan biri deyir ki, bayram ərəfəsində bazarlarda qiymətlərin qalxması artıq bir reallıqdır və bunu da normal qəbul etmək lazımdır...

Ötən gün baxıram, yüksək çinli məmurlardan biri deyir ki, bayram ərəfəsində bazarlarda qiymətlərin qalxması artıq bir reallıqdır və bunu da normal qəbul etmək lazımdır...

Amma belə baxanda, niyə “normal” hal hesab edilməlidir bu? Məgər bolluq və ya ucuzluq yollarını aramaq hökumətin əsas missiyası deyilmi?

Ölkədə qiymətlər sanki mahir bir dirijor çubuğunun diqtəsilə artıb-azalır. Belə bir sinxronluq isə yalnız bir şeyin göstəricisidir – hər şey monopoliyaların nəzarətindədir.

Baxın, manatın dəyəri artıb-azalır. Amma qiymətlər yalnız bircə tendensiya bilir – yalnız və yalnız artır. Belə olmalıdırmı? Əgər qiymətlər çevik bazar mexanizmlərilə tənzimlənsəydi, o halda belə olmazdı. Məsələ də ondadır ki, bu ölkədə belə bir mexanizm yoxdur və qiymətləri Adam Smitin dediyi kimi, “bazarın gizli əli” yox, monopoliyalar tənzimləyir. Bizə isə bütün bunları sadəcə, “reallıq” kimi qəbul etmək və onunla hesablaşmaq qalır...

Adam fikirləşir ki, İlahi, görəsən, bu ölkədə nə qədər belə “reallıq” var? Düz 24 ildir ki, Qarabağın bir rayonunu da azad edə bilmirlər. Səbəbini isə belə yozurlar ki, “reallıq”dır! Biz də heç nə demirik, bunu da sakitcə reallıq kimi qəbul edirik.

Nəsə deyirikmi? Bu izahlara azacıq da olsa, etiraz edirikmi? Yox, bunu da sakitcə qəbul edirik və düşünürük ki, elə bəlkə həqiqətən də belədir?..

Rüşvətxorluq və monopoliya tamam baş alıb gedir. Effektiv mexanizmlərin heç birini qəbul etmirlər, öz bildiklərini edir, özləri özlərinə “nəzarət” yaratmaq istəyirlər və nəticədə də heç nəyə nail ola bilmirlər. Axırda da qayıdırlar ki, bu da reallıqdır, çünki bütün dünyada korrupsiya və monopoliya var. Nəsə deyirikmi? Bu izahlara azacıq da olsa, etiraz edirikmi? Yox, bunu da sakitcə qəbul edirik və düşünürük ki, elə bəlkə həqiqətən də belədir?..

Digər ölkələr demokratikləşməyə, Avropa institutları ilə əməkdaşlığa can atır. Bizimkilər isə deyir ki, Avropa İttifaqı ilə assosiasiya sazişi deyil, strateji tərəfdaşlıq sazişi imzalamağa qərar verdik. Yenə də susur və bir parça dilimizi qoyub bir batman başımızı yelləyirik ki, bəli, dediklərinizlə tamam razıyıq.

Halbuki assosiasiya sazişinin dividendləri çox konkretdir. Artıq Gürcüstan vətəndaşları üçün vizasız rejimə qərar verilib. Bu çox konkret bir razılaşmadır, irəliləyişdir. Strateji tərəfdaşlıq sazişi bizə nə verəcək və biz azərbaycanlılar ondan nə fayda götürəcəyik? Heç nə demirlər, daha doğrusu, nəsə deməyi artıq, özləri üçün əziyyət hesab edirlər. Amma deməsələr da aydındır ki, bu ölkədə nəsə edilirsə, cəmiyyətin faydası üçün yox, hakimiyyətin özü üçün edilir...

NƏ XOŞBƏXTƏM Kİ...

Bəli, beləcə, “Hər şey hakimiyyət üçün!” prinsipilə yaşayırıq. Nə olursa, nə edilirsə, hansı ittifaq bağlanırsa, bunlar hamısı bircə məqsəd üçündür - o da hakimiyyətin daha da güclənməsidir, daha da oturuşmasıdır.

Elə əvvəldə toxunduğum məsələdə də - qiymətlərin durmadan artmasında da hakimiyyətin və onun məmurlarının rolu və izi var, çünki iqtisadiyyat da onların əlindədir.

Bizə isə yalnız “xoşbəxt” olmaq qalır. Bəli, özümüzü “xoşbəxt” sanmalıyıq ki, belə bir ölkənin vətəndaşlarıyıq! Bəli, özümüzü “xoşbəxt” hesab etməliyik ki, bəxtimizə belə ölkə, belə bir hakimiyyət düşübdür!

Bizə isə yalnız “xoşbəxt” olmaq qalır. Bəli, özümüzü “xoşbəxt” sanmalıyıq ki, belə bir ölkənin vətəndaşlarıyıq! Bəli, özümüzü “xoşbəxt” hesab etməliyik ki, bəxtimizə belə ölkə, belə bir hakimiyyət düşübdür!

Nə gizlədək, çoxumuz elə belə də edirik – “xoşbəxt” və “firavan” həyatımız üçün gecə - gündüz şükürlər diləyirik. Necə deyərlər, yuxarılara baxıb fikir çəkməkdənsə aşağılara baxıb şükr edirik...

Sadəcə, getdikcə aşağı sandıqlarımızın sırası seyrəlir, çünki özümüz az qala işıq sürətilə aşağıya doğru dığırlanırıq.

GERİLƏRDƏN DƏ GERİ...

Bəli, gerilərdən də geri bir duruma qərq oluruq. Əvvəl deyirdilər ki, özünüzü Qərbi Avropa ölkələrilə yox, Şərqi Avropa ilə müqayisə edin! Biz də belə etdik...

Yenə deyirlər ki, naşükür olmayın, heç olmasa, Suriyaya baxın və bir daha şükür edin. Bunu da etdik... İndi də oturub gözləyirik: İlahi, görən, daha haraları və nələri bizə görk edəcəklər?..

Sonra qayıtdılar ki, özünüzü Şərqi Avropa ilə deyil, MDB ölkələrilə müqayisə edin. Bunu da etdik... Sonra buyurdular ki, bax, özünüzü hər MDB ölkəsilə yox, Orta Asiya dövlətlərilə müqayisə edin. Bunu da etdik!

Yenə deyirlər ki, naşükür olmayın, heç olmasa, Suriyaya baxın və bir daha şükür edin. Bunu da etdik... İndi də oturub gözləyirik: İlahi, görən, daha haraları və nələri bizə görk edəcəklər?..

Amma baxanda hətta bütün bunlar da fövqəlorijinal bir şey deyildir. Məsələn, Şimali Koreyada “xalq düşmənləri”ni zenit raketləri vasitəsilə qətlə yetirirlər. Adam bunları eşidəndə elə doğrudan da şükürlər diləyir və düşünürsən ki, axı Şimali Koreyada da doğula bilərdik! Bəs onda nə edərdik? Dərdimizi kimə deyərdik?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG