Keçid linkləri

Məlum olduğu kimi körpələr böyüklərdən daha tez yorulur və onların dincəlmək üsulları da o qədər çox deyil. Bunu həll etməyə təşəbbüs göstərənlər Avstraliya sakinləri oldu. Onlar körpələr üçün spa mərkəzi açmaq qərarına gəliblər.

Baby Spa Perth – uşaqların istirahəti üçün dünyada yeganə yer deyil. Belə məkanlar İngiltərədə, İspaniyada və Cənubi Afrikada da mövcuddur. Şəbəkəni idarə edən, və franşiza tədarükünü edən də Laura Savenusdur. Körpə spanın başlıca xüsusiyyəti üzgüçülük zamanı istifadə edilən “Bubby” adlanan xüsusi avadanlıqdır.

Bubby – körpələr üçün patentləşdirilmiş flotasiya avadanlığıdır. Digər sözlərlə desək, bu avadanlıq körpələrə üzgüçülük halqalarını və belə bir erkən yaşda üzgüçülükdə istifadə edilə bilməyən digər aksessuarları əvəz edir.

Spa mərkəzdə olan prosedurlara gəlincə isə Baby Spa Perth körpələrə hidroterapiyanı təklif edir. Vannalara doldurulan su ilk növbədə ozonla təmizlənir. Bundan sonra o nəinki körpələr üçün təhlükəsiz, həmçinin faydalı da olur.

Hidroterapiya zamanı isə uşaqlar hovuzda çabalamaq yox, üzməyə çalışırlar. Bu üsulla körpələrin dayaq-hərəkət aparatları da möhkəmlənir. Üzəndən sonra isə körpələri dinləndirici masaj gözləyir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG