Keçid linkləri

WWF ətraf mühiti mühafizə təşkilatı BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsaslanaraq bildirir ki, dünyanın balıq sərvətlərinin üçdə ikisi aktiv şəkildə azalır, üçdə biri isə artıq tükənmək üzrədir.

BMT-nin proqnozuna görə, 2050-ci ilə qədər Yer kürəsi əhalisi daha 30 faiz artaraq 9 milyarda çatacaq. Bu, genişmiqyaslı ekoloji fəlakətə yol aça bilər. Qeyd edilir ki, iri yırtıcı balıq populyasiyalarının 90 faizi artıq bərpa oluna bilməyəcək. Almaniya, ABŞ, Britaniya, Fransa və Norveç alimləri dünya əhalisinin 1/7-nin, yəni bir milyardının əsas protein mənbəyi kimi okeanlardan asılı olduğunu deyirlər. Onların qidasının əsas hissəsini dəniz məhsulları təşkil edir.

Ancaq alimlərin sözlərinə görə, antropogen təsirlərdən qaynaqlanan qlobal istiləşmənin sürəti okeanların flora və faunasının iqlim dəyişikliyinə uyğunlaşmasına imkan verəcək. Belə ki, yosunlardan iri balıq növlərinə qədər bir çox populyasiyalar yavaş-yavaş şimal qütbünə doğru hərəkət edərək yeni məkanlarda yaşamağa öyrəşəcəklər.

Norveç Dəniz Tədqiqatları İnstitutundan Maria Fossheim deyir ki, artıq BMT-nin xüsusi paneli bəzi balıq populyasiyalarının on il ərzində 40 kilometrə qədər şimala köç etdiyi qeydə alıb. "Ancaq Arktikada yaşayan balığın artıq köç etməyə yeri yoxdur", - alim artıq Dünya okeanının ən soyuq sularında yaşayan balıq növləri haqqında deyib.

"2050-ci ilədək okean səthinin 4/5-nə qədəri turşuluğun artmasının və okeanların istiləşməsinin təsirinə məruz qalacaq", - Sauthemptondakı Britaniya Milli Okeanoqrafiya Mərkəzindən Stefani Henson deyir.

Əsas istixana qazı olan karbon dioksidi suda zəif turşu mühiti yaradır. Alimin sözlərinə görə, hazırda okeanların yalnız 10 faizi turşulaşma və yüksək temperaturların birgə təsirinə məruz qalır.

Təbiətdə baş verəcək bu dəyişikliklərin əsas səbəblərindən biri Yer əhalisini sayının artması hesab olunur. Qeyd edilir ki, bu, proqnozların yalnız yüngül variantıdır. Qida istehsalı üsulları və insanların qida zövqləri dəyişməyincə, Yer kürəsinin əhalisi qida çatışmazlığı ilə üz-üzə qalacaq. Həddindən artıq istifadə torpağın aşınmasına və çirklənməsinə səbəb olur. İqlim dəyişikliyinə yol açan antropogen tullantıların və istixana qazlarının 30 faizi məhz qida istehsalı və daşınması nəticəsində yaranır.

«Balıq təsərrüfatı və balıq tutmaqla məşğul olanlar öz işlərinə görə məsuliyyət daşımalı, bütün siniflərə aid balıq populyasiyalarının qorunub saxlanması üçün bütün zəruri tədbirləri görməlidirlər», deyə ekoloqlar bildirirlər.

İlk növbədə kənd təsərrüfatına böyük diqqət ayırmaq, kürütökmə hövzələri yaratmaq, balıqların təbii yaşayış yerlərini dağıtmamaq, qaçaq yolla balıq tutanlarla mübarizə aparmaq lazımdır.

2015-ci ildə 200 dövlət istixana qazlarının ayrılmasının məhdudlaşdırılmasına dair Paris Müqaviləsini imzalayıb. Stephanie Henson deyir ki, bu məqsədə nail olunarsa, 2050-ci ilədək Dünya okeanının 4/5-ü yox, 2/3-si bu arzuolunmaz təsirə məruz qalar. Bu isə öz növbəsində okeanın canlı aləminə iqlim dəyişikliyinə uyğunlaşmaq üçün daha çox vaxt vermiş olar.

Alimlər yazırlar ki, okean sularında oksigenin və qidalı maddələrin azalması da bu əsrdə okeanlara təsir göstərən mənfi amillərdən olacaq.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG