Keçid linkləri

Təcili xəbərlər

VAZ-2101 yeni dizaynla qayıdır


İnternetdə VAZ-2101 avtomobilinin yeni, təkmilləşdirilmiş dizayn konseptinin görüntüləri yayılıb.

Lakin AvtoVaz-ın mətbuat mərkəzinin direktoru Sergey İlyinski yayılan görüntülərin real olmadığını, sadəcə həvəskarların verdiyi təkliflərdən biri olduğunu bildirib.

Yenilənmiş 01 istehsal ediləcək, lakin xarici görünüşü hələ məlum deyil. Texniki göstəricilərinə gəlincə, onu iki litr həcmli mühərrikə sahib olacağı bəllidir. Şəhər ətrafında yanacaq sərfi hər 100 kilometrə altı litr olacaq.

VAZ-2101 AvtoVaz-ın ilk modeli sayılır. Onun orijinal dizaynında setkalı radiator, başlıq və dövrə işıq var. Avtomobilin dizaynı İtalyan modeli Fiat 124-ə uyğunlaşdırılıb.

VAZ 2101-in buraxılışına 1970-ci ildə başlanılıb və 1988-ci ilə qədər davam edib.

Ən son yazılan

XS
SM
MD
LG