Keçid linkləri

Təcili xəbərlər

"Məhlə futbolu"


İlk əvvəl, vaxtımızı səmərəli keçirmək üçün bir neçə nəfər yığılıb, kiçik və uçuq məhlə meydançasında futbol oynamağa başladıq. Sonradan oynamaq istəyənlərin sayı getdikcə çoxaldı və nisbətən böyük meydançaya keçmək zərurəti yarandı. Beləliklə dostlardan və tanışlardan ibarət artıq neçə illərdir ki, fəaliyyət göstərən həvəskar bir məhlə komandası yaratdıq.

Həftəiçi həvəskar komandamızın üzvləri həyəcanlı anlar yaşayır, vatsap və feysbukum sual dolu ismarıclardan şişib, partlamaq həddinə gəlir.

Komandanın təşkilati məsuliyyəti mənim üzərimdədir. Həftənin əvvəlindən etibarən məni çətin və məsuliyyətli iş gözləyir – heyəti fomalaşdırmalıyam. Həftəiçi həvəskar komandamızın üzvləri həyəcanlı anlar yaşayır, vatsap və feysbukum sual dolu ismarıclardan şişib, partlamaq həddinə gəlir. Əvvəlki dövrlərdən fəqrli olaraq, internetin və sosial şəbəkələrin operativ üstünlüyü məni hamıya ayrı-ayrılıqda xəbər göndərmək əziyyətindən xilas edir. Şərti adı “Vətən oğulları” olan qrupa messencerlə “bu həftə oynuyursan?” sözünü göndərmək kifayət edir – vəssalam-şüttamam, komanda hazırdı.

Hal-hazırda oynadığımız, geniş bir sahəni tutan stadion bir vahid və böyük meydançadan ibarətdir. Həftəiçi oynayan bizim kimi həvəskar məhlə komandaları üçün ortadan 2 bərabər, nisbətən kiçik hissəyə bölünüb. Ancaq, həftəsonları burda peşəkar oyunlar keçirilir. Əvvəllər bu meydançanın fubol üçün o qədər də əlverişli olmayan köhnə “rezin” örtüyü daha sonradan müasir görünüşlü və daha rahat olan süni ot örtüyü ilə əvəz edildi. Amma bu süni örtüyün də yagışlı havada şox sürüşkən olması kimi mənfi xüsusiyyəti də var.

Oyun günü səhər idman formamı və butsimi idman çantasına yığıram. Evdə xoşəgəlməz bəzi kiçik təzyiqlərlə üzləşirəm.

“Bu yaşda da futbol oynayarlar?” və yaxud “küləkdi, gedib yenə özünü soyuğa verəcəksən?!” Həmişəki kimi anam narazıdır. Heç nə deməyib yavaşca aradan çıxıram.

“Bu yaşda da futbol oynayarlar?” və yaxud “küləkdi, gedib yenə özünü soyuğa verəcəksən?!” Həmişəki kimi anam narazıdır. Heç nə deməyib yavaşca aradan çıxıram.

Meydançanın kip örtülmüş dəmir darvazasını açmaq üçün bi az güc sərf etməlisən. Hava toranlaşan kimi yandırılan projektorun ağımtıl parlaq işığı gözlərimi azacıq qamaşdırır. Artıq on dörd nəfərin hamısı bölgü üçün meydançanın kənarına toplaşıb. Hər biri 7 nəfərdən ibarət iki bərabər güclü komanda yaratmağa səy göstəririk. Çalışırıq ki, burda nisbətən güclü və zəif oyunçuların balansı qorunsun. Bölgüdən sonra hər komanda kiçik məşvərət və məsləhətləşmə keçirir, oyunçular mövqelər üzrə vəziyyətlərini dəqiqləşdirir.

Nəhayət ki, fit səsi eşidilir və oyun başlayır. Vahid forma olmadığından, burada hər hansı komandanın və ya oyunçunun formasına rast gəlmək mümkündür: “Qarabağ”, “Qəbələ”, “Real”, “Barselona”, “Qalatasaray”, Messi, Ronaldo, Vüqar Nadirov, Arda və s. Qısası, aləm bir birinə qarışıb. Oyunu idarə edən hakim, arbitr olmadığından burda məhlə futbolunun bütün klassik qayda və spesifik leksikonu tətbiq edilir:

- Vahid qapıçı yoxdur və hər qoldan sonra dəyişir

- Cərimə zərbələri, penal baş verdikdə, yaxud top ələ dəydikdə tez-tez mübahisələr düşür, kimsə cığallıq edir

- Adətən ən sürətli fint və driblinq etməyi bacaran oyunçular hücuma, qabaritli ve texnikası zəif olanlar müdafiəyə meyl edir

- Əgər top meydançadan xeyli kənara düşərsə onu zərbəni vuran oyunçu gətirməlidir və s.

Nəhayət qarşılıqlı hücümlar şəraitində keçən bu prinsipial, güzəştsiz idman mübarizəsi sona çatır. Daha çox əzm və iradə göstərən, oyuna konsentrasiya olan komanda qələbə qazanır.

Oyundan sonra, boğucu hamam buxarının kəskin tər iyi ilə qarışdığı “razdevalka”da, yəni soyunub geyinmə otağında, əhval-ruhiyyə fərqlidir. Kətil üzərində oturub əynimi dəyişir və uşaqları müşahidə edirəm.

Oyundan sonra, boğucu hamam buxarının kəskin tər iyi ilə qarışdığı “razdevalka”da, yəni soyunub geyinmə otağında, əhval-ruhiyyə fərqlidir. Kətil üzərində oturub əynimi dəyişir və uşaqları müşahidə edirəm. Uduzan komandanın oyunçuları (təəsüf ki, mən də o siyahıdayam) kefsiz və məyus halda oturub, gözlərini məchul nöqtəyə zilləyiblər. Səs-səmir gəlmir. Elə bil qurbağa gölünə daş atmısan. Digər tərəfdə isə tam fərqli vəziyyətdir. Ağız deyəni qulaq eşitmir. Qələbə qazanan tərəf yüngül eyforiyanın təsirindən vəcdə gələrək zarafatlaşır, qızğınlıqla və səs-küylə başa çatmış oyunu və sərfəli nəticəni müzakirə edir. Kimisi oyundaşının ötürməsini tərifləyir, digəri yaralı dizini göstərib özünə qarşı edilən kobudluqdan şikayətlənir...

Ən kütləvi idman növü və milyardlarla izləyicisi olan ecazkar futbol həm də bir komanda oyunudur. O, yeni emosiyalar gətirir və həyata stimul verir. Məşhur futbol mütəxəssisi Arriqo Sakkinin bu sözləri yada düşür: “Bütün vacib olmayan işlərin içində futbol ən vacibidir”. Futbol oynayın və sağlam olun!!!

XS
SM
MD
LG