Keçid linkləri

Təcili xəbərlər

ABŞ-dan 9 aviaşirkətə qadağa


ABŞ Daxili İşlər Nazirliyinin Afrika və Yaxın Şərqin 8 ölkəsindən gətirilən elektron cihazların təyyarə göyərtəsinə götürülməsi ilə bağlı qəbul etdiyi rəsmi qadağanı terror təhlükəsinin olması ilə əlaqələndirib.

Yeni qaydaya əsasən, salona ölçüsünə görə smartfondan böyük avadanlıq götürmək qadağandır. Bütün texniki avadanlıqlar, noutbuk, planşet, fotoapparat, kamera və digər elektron cihazlar da daxil olmaqla baqaja təhvil verilməlidir. Eyni qadağanı İngiltərə də tətbiq etmək qərarına gəlib.

Qəbul edilmiş qadağa ABŞ-a 10 hava limanından gələn uçuşlara aiddir: İordaniya, Qətər, Misir, Mərakeş, Səudiyyə Ərəbistanı, Türkiyə, Küveyt və BƏƏ. Bu məhdudiyyət ABŞ-a uçuşlar həyata keçirən yalnız 9 avişirkətlərə şamil edilir: Royal Jordanian, Egypt Air, Turkish Airlines, Saudi Arabian Airlines, Kuwait Airways, Royal Air Maroc, Qatar Airways, Emirates, Etihad Airways. Əgər qoyulan tələblər yerinə yetirilməsə, departament ABŞ Federal Vətəndaş Aviasiya İdarəsi ilə birgə ölkəyə olan uçuşları təxirə salacaq.

Nisbətən böyük cihazların göyərtəyə daşınması ilə bağlı məhdudiyyətlər ekipaj üzvlərinə və həmçinin ABŞ-dan qeyd edilən ölkələrə istiqamətlənən sərnişinlərə şamil edilmir. Bundan başqa, sərnişinlər zəruri olan tibb avadanlıqlarını göyərtəyə götürə bilərlər.

DİN bilidirib ki, bu məhdudiyyət ABŞ prezidenti Donald Trampın kəşfiyyatçıların qiymətləndirməsinə əsaslanaraq, ölkədəki təhlükəsizliyi təmin etmək məqsədilə müəyyən ölkələrin vətəndaşlarına ABŞ ərazisinə daxil olmağı qadağan edən qərarı ilə heç bir əlaqəsi yoxdur.

The Verge yazır ki, nə DİN, nə də ki Nəqliyyatda Təhlükəsizlik İdarəsi qəbul edilmiş məhdudiyyətlə bağlı və həmçinin niyə məhz müvafiq hava limanlarına qarşı tətbiq edilən qadağaya açıqlama verməyiblər. Rəsmilər həmçinin qadağa siyahısına düşən cihazların təyyarənin baqaj və ya göyərtəsində daşınması arasında hansı fərqin olduğunu, qadağanın hansı müddət ərzində tətbiq ediləcəyi suallarına da cavab verməyiblər. Bunları nəzərə alsaq, qadağa qəribə görünməklə yanaşı sərnişinlərə də ciddi narahatlıq gətirir.

Ən son yazılan

XS
SM
MD
LG