Keçid linkləri

Ölkə maliyyə bazarı devalvasiyaların da təsiri ilə ağır günlər yaşayır. Burda əsas məsələ bu vəziyyətdən necə qurtulmaq olmalıdır amma deyəsən bəziləri bu vəziyyətdən siyasi hakimiyyətini pərçimləmək üçün istifadə etmək istəyir.

Bank Standartın uzun müddət kart müştərisi olmuşam və xidmət səviyyəsindən çox razı qaldığım bir bank olub. Bu bankdan öncə bağlanacaq xeyli bank var idi.

Maliyyə Bazarlarına nəzarət palatası bağladığı Parabankın 45 milyon pulu olduğunu deyir. Əgər bu qədər pulu var idisə niyə bağlayırsan? Zaman tanı, qoy başqa banklar ilə birləşsin. Eləcə də Bank Standart olayı. Bank Standart da böyük bir holdinqə aiddir. Düzdür çətinliyi var idi, amma bağlamaq ən axırıncı addım olmalı idi. Əmanətçilərə ödənilən 500 milyona yaxın pulu banka versəydilər ya bank özü bu işdən çıxardı, ya da bankı dövlət idarə etməsinə alıb sağlamlaşdırıb sata bilərdilər. Bank Standartın uzun müddət kart müştərisi olmuşam və xidmət səviyyəsindən çox razı qaldığım bir bank olub. Bu bankdan öncə bağlanacaq xeyli bank var idi.

Digər tərəfdən, əgər bu bank bağlanacaq qədər, yer üzündən silinəcək qədər zəhərlidirsə niyə görə bu bankın idarə etməsində olan heç bir şəxs tutulmayıb? Bu bankın sığorta sahəsində qurumu olan Standart İnsurance fəaliyyət göstərməsinə imkan verilir? Ukrayna hökumətinin maliyyə vəziyyəti xarici kreditlərdən asılı vəziyyətdə olmasına baxmayaraq, Ukrayna höküməti Privat Bankı milliləşdirdi. Bu Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən də yüksək qiymətləndirildi. Təxminən 6 milyard dollar sərf olunacaq Privat Bankın sağalmasına. Bununla ilk 7 Ukrayna bankından 4-ü dövlətindir. Bank sektorunda dövlət kontrolunun artması yaxşı deyil amma indiki məqamda önəmli olan iqtisadiyyatı ümumi böhrandan çıxartmaqdır.

Bu misallardan görsənir ki, məqsəd üzüm yemək deyil, məqsəd başqadır. Bank sektorunun konsolidasiyası deyirlər, amma bu fərqli bir yerə gedir...

Bu misallardan görsənir ki, məqsəd üzüm yemək deyil, məqsəd başqadır. Bank sektorunun konsolidasiyası deyirlər, amma bu fərqli bir yerə gedir. Banklar görsə ki, biraz problem yaranan kimi dövlət banka əl qoyur, o zaman təbii ki, kredit qoyuluşlarını azaldacaq. Konsolidasiya üçün proqram qəbul edilməlidir, konkret müddətlər qoyulmalıdır.

Bu təkcə bank sektoru ilə bağlı deyil. Maliyyə sferasının başqa oyunçusu olan sığorta bazarı ilə bağlı subyektiv addımlar görülür. Beynəlxalq sığorta bağlandıqdan sonra Başak İnam sığorta da bağlandı. Buta sığorta şirkəti Günay Sığortaya satıldı.

Bank sektoru özlüyündə iqtisadiyyatın əsas təkan verici qüvvəsi olmaqla bərabər İnformasiya Texnologiyaları (İT) sahəsi, reklamçılıq və bir çox sahələrin əsas müştərisidir. Bir çox bəyəndiyimiz türk reklamlarının sifarişçisi türk banklarıdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG