Keçid linkləri

Təcili xəbərlər

Aspirin insultun qarşısını alır, amma...


Minlərlə insan aspirini qanı durultmaq, insult riskini azaltmaq üçün qəbul edir. Ancaq, yeni araşdırma isə aspirinin infarkt riskini ikiqat artırdığını göstərir.

Hollandiyanın bir neçə universitetinin tədqiqatçıları insultun qarşısını almaq üçün aspirin, varfarin və digər dərmanları qəbul edən 30000 xəstənin analizlərini incələyiblər. Nəticələr göstərib ki, aspirin içən xəstələrdə ürək tutmalarına varfarin içənlərdən 1.9 dəfə çox rast gəlinir.

Britaniya Kliniki Farmakologiya Jurnalında dərc olunan bir araşdırma göstərib ki, antikoaqulyant adlanan yeni sinif preparat da infarkt riskini ikiqat artırır.

Təqribən 10 ildir ki, aspirin və digər bu cür dərmanlar qanı duruldan, infarkta səbəb olan ölümcül tutmaların qarşısını ala bilən vasitə kimi düşünülürdü.

Yeni araşdırmalar isə göstərir ki, aspirin həm mədə problemlərinə, bəzən də infarkta gətirib çıxaran beyin qanamalarına belə səbəb ola bilər.

XS
SM
MD
LG