Keçid linkləri

Culian Assanjın WikiLeaks saytı “Vault 7” seriyalı sənədlərin ikinci hissəsini paylaşıb. Burada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “xaker” alət və texnikaları haqda geniş məlumatlar yer alıb.

Yeni məlumat toplusu “Dark Matter” adını daşıyır və bu hissə əsasən Apple şirkətinin cihazlarına, xüsusən də Mac və iPhone smartfonlarına qanunsuz daxilolmalardan bəhs edir.

Sənədlərdə qeyd edilir ki, MKİ Apple cihazlarında “kök atmaq” üçün eyni zaman bir neçə alətdən istifadə edirmiş. Buraya həmçinin “əməliyyat sisteminin sındırılmasına yönəlmiş EFI/UEFI imkanları və utilitləri” də daxildir.

EFI/UEFI – Apple kompüterlərinə xasdır, BIOS-un Windows üçün olan analoqu kimi. Virus hücumu zamanı yoluxma prosesi proqam təminatı səviyyəsində baş verir, bu da o deməkdir ki, avadanlığın əməliyyat sistemi yenidən yazıldıqdan sonra belə, o yoluxmuş vəziyyətdə də qalır.

WikiLeaks-in təqdim etdiyi sənədlərin böyük hissəsi yeddi il öncə yayımlanıb. Bu da həmin məlumatları Apple avadanlıqlarını nəzərə alsaq belə onlar artıq köhnəlmiş hesab edilir. Buna baxmayraq, sənədlərdən görünən odur ki, MKİ ayfon və makbukların zəif məqamlarını ortaya çıxarmaq üçün böyük güc və vaxt sərf edib.

İstifadə edilən alətlərdən biri Sonic Screwdriver adını alıb. Bu alətin əsas tələbi avadanlıqla fiziki təmasda olmasıdır. Bu alətdən Mac-ı USB və ya Thunderbolt-portu ilə yoluxmaq üçün istifadə edilir.

Yayılan sənədlərin birinci hissəsində “Weeping Angel” (ağlayan mələk) adlı alətin adı hallanıb. Bu alət vasitəsilə Samsung televizorları gizli mikrofona çevrilir. “Həkim Kim” serialında eyni adda olan qulyabanı irqi də var ki, zəruriyyət yarandığı zaman onlar yerində donaraq daşa bənzər bir görüntü alırlar.

The Verge dərgisinin Apple-dan aldığı cavaba görə, şirkətin WikiLeaks-lə heç bir əlaqəsi olmayıb.

Bundan əlavə, şirkət onu da deyib ki, MKİ-nin sənədlərində qeyd edilənlən ən müasir Apple məhsulları üçün təhlükəli deyil.

“Biz WikiLeaks-in təqdim etdiyi məlumatların ilkin qiymətləndirilməsini aparmışıq. Apardığımız analizlərə əsaslanaraq təxmin edilən zəif məqam yalnız iPhone 3G-yə aid edilə bilər. Lakin bu da 2009-cu ildə iPhone 3GS modelinin buraxılışı ilə aradan qaldırılıb. Bundan əlavə, bütün kompüterlərimizdə olan güvənsizlik də 2013-cü ildən etibarən buraxılan kompüterlərdə aradan qaldırılıb”, deyə Apple şirkətinin nümayəndəsi bildirib.

Şirkət onu da qeyd edib ki, WikiLeaks onlarla əlaqə qurmayıb. “İstənilən məlumatla bağlı bizim standart ünsiyyət kanalları vasitəsiylə əlaqəyə girməyi xahiş etmişik. Hələ ki, ümumi açıq məlumatlardan başqa, onlardan heç bir məlumat almamışıq. Biz gecə və gündüz istifadəçilərimizin təhlükəsizliyini təmin etməyə çalışırıq”, deyə şirkətin rəsmi məktubunda qeyd edilir.

MKİ-nin ilk yayılmış sənədləri 7 martda “Year Zero” adı altında yayılıb. Buraya təhlükəsizliyi qorunan şəbəkədən, MKİ-nin Lenqlidə yerləşən qərargahının daxilində kiberkəşfiyyat mərkəzindən götürülən 8761 sənəd daxildir.

Cəmiyyəti kəşfiyyat idarəsinin xüsusi şəkildə texniki avadanıqlarda güvənsizlik məqamlarını araşdırıb ortaya çıxarması və orada öz viruslarını yerləşdirmə xəbəri həyəcana gətirmişdi. Sənədlərdə MKİ-nin kiber hücumlrından əziyyət çəkən Apple, Google, Misrosoft və Samsung şirkətlərinin avadanlıqlarının adı qeyd edilir.

“Year Zero”nun yayımından sonra WikiLeaks saytı böyük İT-şirkətləri ilə məlumatları bölüşməyə hazır olduğunu və sadalanan güvənsizlikləri qısa müddətə aradan qaldırılmasına kömək edəcəyini bildirib. Buna baxmayaraq, mediada yayılan məlumatlara görə, sənədlərin yayıldığından iki həftə sonra Culian Assanj məsələ ilə bağlı əlaqəyə girməyib.

Daha sonra isə WikiLeaks-in Apple, Google, Microsoft və Samsung şirkətləri ilə əlaqə saxlaması haqda məlumatlar verilib. Deyilənə görə, WikiLeaks şirkətlərə müəyyən şərtlər altında məxfi məlumatları bölüşəcəyini təklif edib. Hələ ki, Assanjın tələbləri məlum deyil.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG