Keçid linkləri

Təcili xəbərlər

Windows 10-u məhkəməyə veriblər


ABŞ-da üç Windows 10 istifadəçisi məhkəmədə Microsoft şirkətinə qarşı iddia qaldırıblar. Onların sözlərinə görə, Windows 10 proqramı yeniləndikdən sonra istifadəçilərin kompüterdə saxladığı məlumatları silib və avadanlığa da zərər vurub.

Çikaqo məhkəməsinə verilən şikayətdə qeyd edilir ki, Microsoft Windows 10 defekti olan bir məhsuldur və onun istehsalçısı adekvat şəkildə öz istifadəçilərini əməliyyat sistemi ilə bağlı potensial risklər haqqında xəbərdarlıq etmək iqtidarında deyil. İddiaçılar həmçinin əməliyyat sisteminin davamsız olmağından və kompüterdə olan məlumatların itirilməsindən də şikayətçidirlər.

Microsoft “Windows 10 əməliyyat sisteminin layihələşdirilməsinə, işlənməsinə yetərincə diqqət ayırmadan, onu satışa buraxıb” deyə iddiada qeyd edilir.

“Şirkət elə bir əməliyyat sistemi buraxıb ki, o kompüterdə olan bütün məlumatların itkisinə və ya avadanlığın zədələnməsinə səbəb olur”, deyə istifadəçilər hesab edirlər. İddiaçılar proqramın qeyri-stabil yenilənmə prosesinə görə vacib məlumatları itirdiklərini söyləyirlər.

Onlar həmçinin məhkəmə vasitəsilə şirkətin bu kimi hallarda istifadəçilərə kompensasiya vermə mexanizmini yaratmaq niyyətindədirlər. Məsələ xüsusilə də proqramın quraşdırılma anından başlayaraq 30 günü əhatə edən zəmanət müddəti ilə bağlıdır.

Bundan başqa, iddiaçılar həm də kompüterdə saxlanılan məlumatların itirlməsinə səbəb ola bilən proqramın heç bir xəbərdarlıq vermədən yenilənməsindən də narazıdırlar.

2016-cı ilin iyun ayında Kaliforniya sakini məhkəmənin qərarı ilə Microsoft-dan 10 000 ABŞ dolları udub. Onun iddiasına görə isə istifadəçinin kompüteri Windows 10 proqramını yüklədikdən sonra yarasız hala düşüb.

Ən son yazılan

XS
SM
MD
LG