NASA kosmik tədqiqatlar agentliyinin təşəbbüsü ilə aparılan tədqiqatlar gözlənilməz nəticəyə gətirib çıxarıb. Canlı orqanizmlərdə qocalma prosesini dayandıran dərman icad edilib. Əgər aparılan hesablamalar özünü doğruldarsa, hər hansı bir risk olmadan insanları Marsa göndərmək mümkün olacaq.
Alimlər nəinki yeni bir kəşfin astanasındadırlar, onlar artıq bunu reallaşdırmağa da nail olublar. Laboratoriyada qaçan gəmiricilər buna sübutdurlar. Siçanlara verilən dərmanlar zədələnmiş DNT-ni bərpa edərək orqanizmdə həzm ediliblər, daha sonra isə sevindirici nəticələr əldə edilib: gəmiricilərin qoca hüceyrələrini cavan hüceyrələrdən ayırd etmək mümkün olmayıb.
Alimlər “Qocalıqdan həblər”in icadına hüceyrələrin DNT-nin bərpa edilməsi qabiliyyətinin olduğu faktından (məsələn, günəş yanığından sonra) ilhamlanaraq belə bir dərmanın icadına təşəbbüs göstəriblər. Lakin insan yaşa dolduqca bu proses daha gec və daha çətin davam edir. Mütəxəssislər yardım etməyə cəhd edərək hüceyrələri regenerasiya etməyə meylləndirən bir dərman icad etdilər. Təcrübənin nəticələri o qədər uğurlu olub ki, NASA artıq bu dərmanla maraqlanmağa başlayıb.
Artıq hamıya məlumdur ki, kosmik layihələrdən ən perspektivlisi Marsın öyrənilməsidir. Buna baxmayaraq, kosmonavtlar “yaxın” məsafədə olsalar belə günəş radiasiyasını həddindən artıq çox aldıqlarına görə Yerə qayıdarkən onların orqanizmində hüceyrələrdə qocalma prosesi adi insanlarla müqayisədə daha sürətli şəkildə gedir. Qırmızı planetə gedib çatmaq isə çox uzun vaxt alacaq, bu isə onların daha tez qocalması ilə nəticələnə bilər. Buna görə, möcüzəvi həb uzaq kosmosun öyrənilməsi üçün əvəzedilməz bir vasitə ola bilər. Buna baxmayaraq, çox güman ki, adi insanlar da ağıllarını və gücünü, gəncliyini və gözəlləyini qoruya biləcək bir həbdən imtina etməzlər.
Science Daily-nin yazdğına görə, yaxın 6 ay ərzində təcrübə artıq insanlar üzərində aparılacaq. Klinika baza kimi ABŞ-da Bostonda yerləşən qadın xəstəxanası və daha bir tibb müəssisəsi olacaq. Cavanlıq həbini artıq 5 ildən sonra satışa da buraxılacaq.