Keçid linkləri

Təcili xəbərlər

ABŞ ordusu “üçüncü əl”i sınaqdan keçirir


ABŞ ordusunun tədqiqat laborotoriyası silahı saxlayaraq hədəfi daha doğru müəyyənləşdirməyə və atəş dəqiqliyini artırmağa imkan verən cihazın sınaqlarına başlayıb.

“Üçüncü əl” adlanan silah əlavəsi bədənə taxılır və silaha bərkidilir.

Cihazı hazırlayan mühəndislərdən Zak Vinqard (Zac Wingard) bildirir ki, bu qurğu əsgərin yükünü artırmadan gələcəyin silahlarının ballistik performasını yüksəltməyin yeni yoludur.

“Əsgərlərin yükü bəzən 120 kiloqramdan artıq olur. 20 yaşlarında bir əsgər döyüşə girmədən, elə təlimlərdəcə yorulur” – Wingard deyib.

Üçüncü əl cihazının məqsədi silahın ağırlığını vücuda yönləndirmək və beləcə əsgərin onu daşımasını asanlaşdırmaqdır.

Karbon fayber kompozitdən hazırlanmış passiv mexaniki əlavə üzüstü mövqedə və bədənin hər iki tərəfində işlədilə bilər.

Cihaz M4 silahıyla sınaqdan keçirilib. Onun fərqli kalibrli digər silah növlərində də test ediləcəyi bildirilir.

İstehsalçılar bildirirlər ki, hazırda cihazın bir prototipi var və layihə isbat mərhələsindədir. Prototipin təkmilləşdirilməsi bir il çəkə bilər.

Ən son yazılan

XS
SM
MD
LG