Keçid linkləri

Təcili xəbərlər

Əyləncəli verişilər insanları səfehləşdirir


Londonda yerləşən Şəhzadə Mariya universitetinin əməkdaşları son 30 ildə İtaliyanın əyləncə televiziya kanallarını analiz ediblər. Həmin dövr ərzində siyasətçi Silvio Berluskoninin təsis etdiyi Mediaset televiziya şəbəkəsi fəal şəkildə inkişaf edirmiş. Alimlər aşkar ediblər ki, göstərilən əyləncəli proqramlar insanların beyninə mənfi təsir göstərib və onların siyasi əqidələrini də müəyyən edib.

Araşdırmaçılara məlum olub ki, uşaqlıqda əyləncə proqramlarına baxanlar bu cür verilişlərə baxmayanlarla müqayisədə, yetkin yaşlarında keçdikləri koqnitiv testlərdə 5% pis nəticə göstəriblər. Bundan başqa, onlar 13% daha az siyasətlə maraqlanmış və 10% daha az ictimai təşkilatlara üzvlük ediblər. Bu növ verilişlər 55 yaşı ötən insanlara daha çox təsir edir.

Alimlər Mediaset şəbəkəsinin yayımlandığı və həmçinin yayımlanmadığı regionlarda yaşayan insanların kimə səs verdiklərini də müəyyən ediblər. Məlum olub ki, Mediaset şəbəkəsinin daha gec yayımlandığı regionlarla müqayisədə, 1985-ci ildə keçirilən seçkilərdə insanlar (həmin dövrdə orada yalnız əyləncə proqramlı yayımlanıb) Berluskonin təmsil etdiyi Forza Italia partiyasına orta hesabla 1% daha çox səs veriblər. Bu effekt demək olar ki, 20 il və 5 seçki ərzində qorunub saxlanılıb. Əyləncə proqramlarına tamaşa həmçinin insanları populist partiyalara və liderlərə səs verməyə də yönləndirib.

XS
SM
MD
LG