Keçid linkləri

Təcili xəbərlər

Messenger-də dostlarınızın yerini izləyin


Facebook Messenger-ə yeni bir özəllik əlavə olunub.

Artıq istifadəçilər ailələriylə, dostlarıyla olduqları yeri, məkanı paylaşa bilərlər.

“Live Location” adlanan yeni funksiya ilə 60 dəqiqə ərzində istifadəçinin haralarda olduğunu bir şəxs və ya qrup izləyə bilər.

Şirkət bloqunda bildirir ki, “live location” dostlarla görüşərkən harda olduğunu bildirmək, axşamlar evə gedərkən otaq yoldaşına nə qədər yaxında olduğunu izah etmək üçün faydalı funksiyadır.

Məkanı paylaşdıqda qarşı tərəf xəritədə istifadəçinin harda olduğunu 60 dəqiqə ərzində görə bilir. Messenger maşınla həmin yerə nə qədər vaxta çatmaq olduğunu da göstərir.

Özəllikdən yararlanmaq üçün proqramın son versiyasını işlətmək lazımdır. Bundan sonra bildiriş qutusunun altında yerləşən mövqe işarəsini seçib, mavi çubuğa basıb 60 dəqiqə ərzində yerləşməni paylaşmaq olar. Hər iki tərəf istədiyində paylaşmanı dayandıra bilər.

Bundan başqa istifadəçilər əvvəl olduğu kimi yerlərini statistik formada da paylaşa bilərlər.

Yenilik həm Android, həm də iOS platformalı cihazlar üçün əlçatandır.

Ən son yazılan

XS
SM
MD
LG