Keçid linkləri

Təcili xəbərlər

Yaxın və uzaq Avropa


BİR YUBİLEYİN İZİLƏ...

Ötən həftənin sonlarında çox maraqlı bir hadisə baş verdi. Yerli medialar ona bir o qədər də diqqət yetirməsə də xarici mənbələr bu boşluğu yetərincə doldurdular. Söhbət Avropa Birliyinin yaranmasına start vermiş məşhur Roma müqaviləsinin 60 illik yubileyindən gedir.

İlk baxışda belə görünə bilərdi ki, bu elə də diqqətəlayiq bir hadisə deyil, çünki Avropa müsəlman ölkələri üçün getdikcə yad bir ünvana çevrilir.

İlk baxışda belə görünə bilərdi ki, bu elə də diqqətəlayiq bir hadisə deyil, çünki Avropa müsəlman ölkələri üçün getdikcə yad bir ünvana çevrilir. Halbuki belə hal həmin ölkələrin insanlarına yaşamaq üçün ilk fürsətdəcə Avropanı seçməyə heç də mane olmur.

Bəs onda problem nədədir? Ötən müddətin ərzində Avropaya inteqrasiya prosesis hansı özəllilklərlə yadda qaldı? Bəri başdan deyək ki, 60 il ərzində Avropa Birliyi ilk böyük itkisini yaşadı – Birliyin çox mühüm üzvlərindən olan Böyük Britaniya onu tərk etmək qərarı verdi. Yox, mən həmin qərarın üzərində dayanmayacağam, çünki deyilməli olan bütün fikirlər çoxdan söylənib. Sadəcə, onu qeyd edək ki, Britaniya son presedent olmamağı vəd edir. Digər ölkələrdə də Birliyi tərk etmək haqda çağırışlar səslənir. Hətta tərəddüd edənlər də var. Bunlardan biri Yunanıstan, digəri isə Polşadır. Sonuncular belə hesab edir ki, Birliyə üzv olmaq onların iqtisadiyyatını böhranlı hala gətirib...

Amma Romada keçirilən tədbir zamanı yalnız Böyük Britaniya istisna kimi yadda qaldı, digərləri tərəddüd etsələr də yekun bəyanatda Birliyin qalmasında və inkişaf etməsində maraqlı olduqlarını bildirdilər...

BİR TƏRƏFDƏN DONALD TRAMP, DİGƏR TƏRƏFDƏN...

Avropa probleminin məni düşündürməsinin başqa səbəbləri də var. Bir səbəbi budur ki, ABŞ-da Donald Tramp hakimiyyətə gələndən sonra hamı bu məsələ ilə də bağlı “orijinal” bir qərar qəbul ediləcəyini gözləyir. Elə bu yaxınlarda ABŞ-da səfərdə olan Anqela Merkelin Trampla anlaşması demək olar ki, baş tutmadı. Bunu telesüjetlərdən də, görüşlərlə bağlı səslənən şərhlərdən də anlamaq olardı.

Amma proses hələ bitməyib. Onu uzadan amillərdən biri də bir sıra mühüm Avropa ölkələrində bu il keçiriləcək seçkilərdir. Məsələn, Fransa yaxın vaxtlarda prezident seçkisilə diqqətə gələcək. Elə digər ölkələrdə də müxtəlif səviyyələrə seçkilər gözlənir. Onlar isə yeni dalğalara təkan verə və dezinteqrasiya proseslərini sürətləndirə bilər.

AVROPA YOLUNDA ÜÇ MƏRHƏLƏ...

Bütün bunların olduqca maraqlı olmasına baxmayaraq bizi Avropa daha çox iki aspektdən maraqlandırır.

“Azərbaycanda Avropaya münasibət üç mərhələ yaşadı” - desək elə də səhvə varmarıq. Əvvəl böyük eyforiya vardı...

Bunlardan biri Azərbaycanla, digərisə Türkiyə ilə bağlıdır. “Azərbaycanda Avropaya münasibət üç mərhələ yaşadı” - desək elə də səhvə varmarıq. Əvvəl böyük eyforiya vardı. Hamı, bütün partiyalar sanki kimin daha çox qərbpərəst olmasını sübuta yetirmək üçün yarışa girmişdilər və Avropaya inteqrasiya bütün partiyaların platformalarının preambulasında bəyan edilirdi.

Sonrakı dövrdə prosesdə ilk maneə hiss olunmağa başladı. Bu, 1993-2003-cü illərdə sezildi. Özü də maneə Avropa tərəfdən deyil, bir qayda olaraq Azərbaycan tərəfdən duyulurdu. Bu “zorən əməkdaşlıq və zorən inteqrasiya” dövrü idi.

Azərbaycan hakimiyyəti çox könülsüz şəkildə Avropaya inteqrasiya olunurdu. Bu mərhələnin sonu Bakının da Avropa Şurasının üzvü olan ölkələrdən birinin paytaxtına çevrilməsilə bitdi.

2003-cü ildən sonra isə maneələr və aşkar müqavimət daha çox hiss olunmağa başladı. Artıq Azərbaycan aşkar şəkildə Avropa institutlarına inteqrasiyadan qaçır və hətta tez-tez onlara opponentlik də edirdi.

Amma ki, birdəfəlik “yox” da demirdilər. Bu mərhələ də AB ilə assosiasiya sazişi imzalamaq dövrünə qədər davam etdi. Azərbaycan həmin mərhələni yalnız viza haqda razılaşmanı imzalamaqla başa vurdu. Beləcə, ilk dəfə aşkar şəkildə sezildi ki, rəsmi Bakı artıq ciddi şəkildə Avropa institutlarından qaçır.

Beləcə, Avropa sevdası azərbaycanlılar üçün Azərbaycanın da şərti olaraq Şərqi Avropa ölkələrinə aid edilməsilə tamamlandı. Təbii, şərtiliklərə alışmış azərbaycanlılar bunun da fərqinə varmadılar...

Bu yaxınlarda isə bəyan edildi ki, Azərbaycan AB ilə yalnız strateji tərəfdaşlıq sazişi imzalaya bilər. Beləcə, Avropa sevdası azərbaycanlılar üçün Azərbaycanın da şərti olaraq Şərqi Avropa ölkələrinə aid edilməsilə tamamlandı. Təbii, şərtiliklərə alışmış azərbaycanlılar bunun da fərqinə varmadılar...

İndi rəsmi Bakının Avropa institutlarına münasibəti yetərincə bəllidir və hamı getdikcə daha yaxşı anlamağa başlayır ki, getdikcə kiçik bir krallığa çevrilməkdə olan Azərbaycanın Avropaya ciddi inteqrasiyasını xəyala da gətirmək lazım deyil – özünün siyasi maraqları ucbatından rəsmi Bakı bu prosesi demək olar ki, dayandırıb.

Bununla hakimiyyət həm ölkənin demokratikləşməsinin qarşısını ala bilir, həm də Moskvanın geosiyasi tələblərini yerinə yetirir. Ona görə də indi Azərbaycanı yalnız əhalisinin geyiminə - xarici görünüşünə və bir də ölkədə son illərdə inşa edilmiş bir-iki göydələnə görə “Avropa” hesab etmək olar. Qalan aspektlərinə görə isə Azərbaycan demək olar, qeyri-rəsmi krallıqdır, özü də kiçik bir krallıq...

ANKARA DAHA SƏMİMİ OLSA DA...

O ki qaldı Türkiyəyə, məsələ son illərin əsl siyasi epopeyasına çevrilib və hamıya yetərincə bəllidir.

Rəsmi Bakıdan fərqli olaraq Ankara Avropaya inteqrasiya məsələsində daha səmimidir və buna çalışır.

Amma gəl ki, proses alınmır. Daha çox da iki səbəblə bağlıdır bu. Birincisi budur ki, Ankara Avropanın bütün tələbini həyata keçirə bilmir.

Digər bir səbəb isə Avropada Türkiyəyə qarşı son vaxtlarda yaranmış soyuq münasibətdir. Avropada da mühafizəkar qüvvələr çoxdur və onlar inteqrasiya prosesinə dini və milli çalarlar verməyə çalışır.

Digər bir səbəb isə Avropada Türkiyəyə qarşı son vaxtlarda yaranmış soyuq münasibətdir. Avropada da mühafizəkar qüvvələr çoxdur və onlar inteqrasiya prosesinə dini və milli çalarlar verməyə çalışır. Təsadüfi deyil ki, əvvəldə qeyd etdiyimiz yubiley tədbiri də Vatikanda, Roma papasının iştirakı ilə keçirildi.

Bu detal Türkiyədə müəyyən qınaqlara səbəb oldu. Hətta Türkiyə prezidenti AB-ni “xaçpərəstlərin ittifaqı” adlandırdı. Düzdür, təhlilçilər arasında Türkiyənin iqtisadi göstəricilərinin hələ də Avropa səviyyəsində olmamasını da əsas gətirənlər var.

Amma artıq Avropa ölkələrinin özləri də ikisürətli inteqrasiyadan danışırlar. Yəni orada da anlayırlar ki, bütün Birlik üzvlərindən eyni inteqrasiya sürəti ummaq real deyil.

Digər bir tərəfədən, məgər Türkiyə iqtisadi cəhətdən son illərdə AB-nin üzvü olmuş bir sıra Şərqi Avropa ölkələrindən də zəifdirmi?..

Qərəz, bu gün bütün prosesi xarakterizə edə bilən bir söz var: mürəkkəblik! Avropa Birliyinin içində də, dışında da mürrəkkəb vəziyyət yaranıb. Ümid ona qalıb ki, bütün mürəkkəbliklərin sonda sadə bir açılışı olur. Amma nə vaxt olacaq bu?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG