Keçid linkləri

Təcili xəbərlər

Mobil cihazlara hücumlar 400% artıb


Nokia müasir əməliyyat sistemlərinin və mobil cihazların təhlükəsizlik durumundan bəhs edən hesabatını (Threat İntelligence Report) yayımlayıb.

Nəticələr şirkətin antivirus proqramı Nokia NetGuard Endpoint Security-nin bilgilərinə əsasən hazırlanıb. Hesabat dünyada mobil telefonlar, smartfonlar, planşetlər, “əşyaların interneti” kateqoriyası da daxil olmaqla, 100 milyon mobil cihazı əhatə edib.s

Nəticələr göstərir ki, zərərli proqramların ən əsas hədəfi smartfonlar olub. 2016-cı ilin ikinci yarısında virusların 85 faizi bu cihazlara yayılıb.

Hesabatdan bəlli olur ki, Android platforması ilə çalışan smartfonlar və planşetlər zərərli proqramlara qarşı çox həssasdırlar.

Nokia ekspertləri vurğulayırlar ki, təhdidlərin sayı yanvar-iyul ayları ərzində 2015-ci ilin oxşar dönəmiylə müqayisədə 4 dəfə artıb.

Hücumlar iOS platformalı cihazlardan da yan keçməyib. Apple cihazları 2016-cı ilin ikinci yarısında zəngləri, mesajları, sosial şəbəkə proqramlarını və s. izləyən hücumlara məruz qalıb.

Əşyaların interneti kateqoriyasına aid olan minlərlə cihaz da ötən il DDoS tipli hücumların hədəfinə çevrilib.

Ən son yazılan

XS
SM
MD
LG