Bu gün işğalçı Ermənistanda parlament seçkiləridir. Yeni konstitusiyalarına görə bu seçkilərdən sonra Parlament Respublikasına keçirlər, prezidentin çox az, simvolik səlahiyyətləri olacaq.
Sarkisyan artıq 2 dəfə prezident olub, 3-cü dəfə namizəd ola bilməz. Onlar da konstitusiyanı dəyişib, prezidentə müddətsiz seçilmə haqqı verə bilərdilər, amma etmədilər.
Sarkisyan artıq 2 dəfə prezident olub, 3-cü dəfə namizəd ola bilməz. Onlar da konstitusiyanı dəyişib, prezidentə müddətsiz seçilmə haqqı verə bilərdilər, amma etmədilər. Çox güman, Sarkiysan indi Baş Nazir olmaq istəyəcək, amma sistem dəyişikliyi düşmən ölkədə əlavə müsbət fürsətlər açır, idarəçiliyi dəyişdirir. Əgər bu gün seçkilər demokratik keçirilsə, parlamentə 4-5 partiya düşəcək, Sarkisyan təkbaşına hökumət qura bilməyəcək, koalisiya hökuməti qurulacaq, bu da Ermənistana müəyyən üstünlük gətirəcək. Yəni, Sarkisyan lap özü üçün bu dəyişikliyə getdiyini hesab etsək də, genəl olaraq ölkəsi üçün müsbət addım atır.
Türkiyədə isə Parlament Respublikasından imtina etmək üçün referendum keçirilir. Qardaş ölkədə də bir nəfər özünə görə Ana Yasa dəyişdirir, amma bu ölkə üçün mənfi nəticələr doğurur. 16 apreldə, çox güman, çox cüzi fərqlə ya "evet", ya da "hayır" çıxacaq, yəni hər iki halda ölkə uduzacaq, çünki Ana Yasa mətni sadə səs çoxluğu ilə qəbul edilə bilməz. Hətta bu gün Türkiyədə Məclisdə konstitusiya dəyişmək istəsələr, azı 367 deputat səs verməlidir ki, bu da üçdə-iki say deməkdir.
İnternetdə Türkiyədə küçələrdə keçirilən sorğular var, hər gün izləyirəm, "evet" deyənlərin 90%-i deyir ki, Ərdoğanı sevdiyinə görə belə səs verəcək. Dəhşətdir...
Yəni, Ana Yasaya dəyişikliyinə hətta parlamentdə belə, azı 67% deputat səs verməlidir, 65% səs versə, mətn dəyişməz. Bəs onda necə ola bilər ki, toplumun əsas ana sənədini uzlaşma olmadan 50% və 1 səslə qəbul etmək mümkün olsun?! Nəticədən asılı olmayaraq ölkə, insanları düşüncə və həyat tərzi olaraq bölünəcək. İnternetdə Türkiyədə küçələrdə keçirilən sorğular var, hər gün izləyirəm, "evet" deyənlərin 90%-i deyir ki, Ərdoğanı sevdiyinə görə belə səs verəcək. Dəhşətdir, Ərdoğan lap əla insandır, super siyasətçidir, dahidir, amma fanidir axı! Özünü inanclı adlandıran seçici, sanki insanın fani olduğunu qəbul etmir.
Uzun illərdir Türkiyədə belə bir təbliğat gedir ki, koalisiyaların qurulması pisdir, koalision hökumət işləyə bilmir. İki gün öncə bu arqumenti Belçikada yaşayan bir türk qardaşımız da tv-də söylədi. Avropa dövlətlərinin TAMAMA yaxını koalisiyalarla yönətilir, koalisiya uzlaşmağı bacarmaqdır, uzlaşmağı bacarmaq isə mədəniyyətdir, uzlaşma mədəniyyəti tərəqqiyə aparan yoldur, bu yol isə Ana Yasa mətnindən başlayır.
Bizim ölkəmizin konstitusiyası zay söz yığınıdlr, 1995-ci ildə mərhum Heydər Əliyevin təkidi ilə qəbul edilən Ana Yasa indikindən qat-qat yaxşı, demokratik idi. Çünki, o zaman mətn UZLAŞMA yolu ilə yazılmışdı...
Bizim ölkəmizin konstitusiyası zay söz yığınıdlr, 1995-ci ildə mərhum Heydər Əliyevin təkidi ilə qəbul edilən Ana Yasa indikindən qat-qat yaxşı, demokratik idi. Çünki, o zaman mətn UZLAŞMA yolu ilə yazılmışdı, ziyalıların, müxalifətin fikri də nəzərə alınmışdı. Mətndə proporsional seçki, prezidentin 2 dəfədən artlq seçilməsinə məhdudiyyət və digər sonradan dəyişdirilən maddələr var idi.
Ölkəmizə acilən Parlament Respublikasına keçid lazımdır, bu formada uzlaşma mədəniyyəti cəmiyyətə gələcək, uzlaşma mədəniyyəti isə tərəqqiyə yol açacaq. Bu sistemin xaos olmadan dəyişməsinin tək yoludur.
Düşünün xanımlar və cənablar, düşünmək ziyanlı deyil, ətraf ölkələrə, dünyaya baxın, öyrənin və düşünün...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.