Getdikcə daha çox şirkət evlər üçün “ağıllı texnika” istehsal edir ki, bu da öz növbəsində insanların həyatını daha da asanlaşdırır. Elə tək bu həftə ərzində bir neçə korporasiya – Google, Samsung və IKEA “ağıllı ev” üçün yeni məhsullarını təqdim ediblər. Hazırda texnika bazarının müasir qadjetlərlə dolu olmasına baxmayaraq, insanlar onları almağa tələsmirlər. Səbəb isə onların bu qadjetlərin bir evdə yerləşdirməyi və bunu necə düzgün etməyi bilməməkləridir.
Bu həftə təqdim edilən yeni “ağıllı” cihazlar arasnda robot-tozsoran, sensor lampalar, ötürücülər və s. olub. İsveç brendi olan IKEA da diqqətdən kənarda qalmayıb. Şirkət pultla idarə edilən yeni sensor işıqlandırma sistemini təqdim edib. Bu köməkçi qadjet firma mağazalarında martın 31-dən artıq satışa buraxılıb.
Samsung şirkəti də “ağıllı” texnikaya öz töhvəsini verib. Təqdim edilən texnika Samsung Connect Home adlanan xüsusi istiqamətləndiricidir. Bu, məişət avadanlıqları üçün xüsusi Wi-Fi şəbəkəsini yaradır. Cihaz şəbəkəyə qoşulmuş ev avadanlıqlarını idarə etməkdə yardımçı olur.