Keçid linkləri

Təcili xəbərlər

Uçan “Dəmir Adam” gerçəkləşir


Uçan Dəmir Adam” gerçəkləşir

Filmlərdə gördüyümüz super qəhrəmanlar, deyəsən, artıq reallığa çevrilir.

Britaniyalı startapçı Riçard Brauninq (Richard Browning) jet mühərrikləri ilə Dəmir Adam kostyumunun prototipini hazırlayıb.

O, hələ iki il öncə uçmaq həvəsinə düşüb. Brauninq doqquz ay öncə bu arzusunu gerçəyə çevirmək üçün hərəkətə keçib. Özü və digər mütəxəssislərdən ibarət komanda ilə qeyri-kommersiya layihəsini başladıb və tədricən işi irəlilədib.

İlk uçuş yarım metr hündürlüyündə və bir neçə saniyə ərzində baş tutub. Komanda elə bundan sonra hər şeyin alınacağına inanıb. Daha sonra Red Bull şirkəti ixtiraya maraq göstərib.

Komanda bildirir ki, məqsədləri kommersiya, hərbi və əyləncə üçün yeni nəsil insan uçuş sistemləri istehsal etməkdir.

Kostyum artıq Toni Starkın super qəhrəmanı Dəmir Adamla müqayisə edilir.

Brauninq layihəyə oğlunun şərəfinə “Dedal” (Daedalus) adını verib. Hazırda kostyum təkmilləşdirilməyə davam edir

Müəllifin fikrincə, prototipin uçuş sürəti saatda 450 km-ə qədər ola bilər. Ancaq, ixtira hələlik ekstremal şəraitlərdə sınamayıb.

Ən son yazılan

XS
SM
MD
LG