MÜHARİBƏ QOXULU GÜNLƏR
Azərbaycanla Ermənistan arasında adi vaxtlarda da hərbi ritorika və hərbi insidentlər əskik olmur. Tərəflər arasında qarşlılıqlı hədələr və ən azı şifahi təhdidlər adi bir haldır, kövrək atəşkəs rejiminin tez–tez pozulması ilə yanaşı hər iki tərəfdən mütəmadi olaraq daha böyük və daha ağır hərbi əməliyyatların bir növ anonsu edilir.
İş o yerə gəlmişdi ki, tərəflər biri-birinin strateji obyektlərini sadalayır və qarşı tərəfi hətta orta və yaxın mənzilli raketlərlə təhdid edirdi. Hətta Ermənistan durub Azərbaycanı “İsgəndər”lərlə hədələyirdi.
Ermənistanda son seçki vaxtı isə belə hal özünün lap pik həddinə çatmışdı. İş o yerə gəlmişdi ki, tərəflər biri-birinin strateji obyektlərini sadalayır və qarşı tərəfi hətta orta və yaxın mənzilli raketlərlə təhdid edirdi. Hətta Ermənistan durub Azərbaycanı “İsgəndər”lərlə hədələyirdi.
Təbii ki, bunların hamısını ciddi qəbul etmək də olmurdu, çünki “İsgəndər”lər sadəcə, Rusiyanın Ermənistandakı hərbi bazasında yerləşdirilib və deməli, onlarla sərəncam hüququ da yalnız Rusiyaya məxsusdur.
Hələ onu demirəm ki, ötən il Ermənistanla Rusiyanın birgə hərbi komandanlığa keçdiyi də bildirilmişdi. Deməli, Ermənistandakı hərbi arsenal və infrastruktur da elə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sərəncamındadır.
GEC-TEZ YENƏ DANIŞIQLAR BAŞLAYACAQ...
Amma bir məsələ var ki, kəskin hərbi ritorika bütün hallarda iki münaqişə tərəfi arasındakı münasibətlərin, Dağlıq Qarabağ probleminə baxışın göstəricisidir. Tərəflər biri-birini raketlərlə hədələyən zaman onları sülh masası arxasında təsəvvür etmək elə də asan olmur.
Diplomatik danışıqlar həmişə müəyyən bir pauzalarla müşayiət olunur. Belə pauzalar Azərbaycanla Ermənistan arasındakı danışıqlarda da olur. Amma bunu əbədi də sanmaq düzgün deyildir.
Fəqət, bir sual yaranır. Bəs yaxın dövrdə nə gözləmək qalır? Ötən ilki proses və onun təkamülü haqqında çox yazılıb. Üstəlik, Ermənistanda seçki yenicə bitib və proses hələ tam aydınlaşmayıb.
Diplomatik danışıqlar həmişə müəyyən bir pauzalarla müşayiət olunur. Belə pauzalar Azərbaycanla Ermənistan arasındakı danışıqlarda da olur. Amma bunu əbədi də sanmaq düzgün deyildir. Gec-tez danışıqların yeni raunduna start veriləcək. Buna əsla şübhə etmək lazım deyil.
ÖTƏN İL VƏZİYYƏTİ DƏYİŞMƏK OLARDI...
Təbii ki, bizi daha çox Azərbaycanın imkanları və perspektivləri düşündürür. Bir daha deyirik ki, bir il bundan əvvəl Azərbaycan ən azı özünün hərbi imkanlarını nümayiş etdirə bildi. Amma uğurlar elə də böyük olmadı – az qala on illərlə Azərbaycanın iqtisadi və demoqrafiq üstünlüklərinin hərbi istünlüyə çevriləcəyini iddia edən rəsmi Bakı indi bircə kəndi bərpa etmək məcburiyyətindədir.
Bakı bunun təqdimatı zamanı elə bir narahatlıq da duymur, hətta bildirirlər ki, ötən ilə qarşıya hansı məqsəd qoyulmuşdusa ona nail olundu. Olsun. Amma yenə sual yaranır: bəs məqsəd təkcə bir yüksəkliyi qaytarmaq idimi?..
Amma ki, Bakı bunun təqdimatı zamanı elə bir narahatlıq da duymur, hətta bildirirlər ki, ötən ilə qarşıya hansı məqsəd qoyulmuşdusa ona nail olundu. Olsun. Amma yenə sual yaranır: bəs məqsəd təkcə bir yüksəkliyi qaytarmaq idimi?..
Bunu ona görə deyirik ki, bir çox hallarda münaqişə tərəflərindən birini sülhə məcbur etməyə ehtiyac yaranır. Azərbaycan çox təəssüf ki, həmin məqsədə nail olmadı. Ermənistan Azərbaycanın hərbi təzyiqini duysa da ondan sarsılmadı. Hətta bu günə qədər ötən ilki hərbi uğursuzluqla belə barışmaq istəmir. Gah Azərabaycanın işğal edilmiş səkkiz yüz min hektar ərazisinin müqabilində iki min hektarlıq bir ərazinin azad olunmasını heç də Bakının böyük uğuru hesab etmir, gah da itirilmiş yüksəkliyin heç də starateji önəm kəsb etmədiyini bildirirlər...
ERMƏNİSTAN TƏRƏFƏ BAXANDA
Bir sözlə, son bir il ərzindəki ümumi proses nəinki sadələşməyib, əksinə bir az da mürəkkəbləşib. Elə belə bir mürəkkəblik şəraitində də nə vaxtsa danışıqlar başlamalıdır. Həmsədrlər hələ də ötən ilki sülh və əməkdaşlıq platformasına səsləməkdə davam edirlər. Amma onların bu xüsusdakı çağırışları və bəyanatları çox sönük görünür. Düzdür, Minsk Qrupunun yarandığı müddət ərzində adam belə sönüklüyə bir növ alışıb, amma ümid də adamı tərk etmir ki, bəlkə bu dəfə nəsə olacaq?
İndi bölgədə sülh yoxdur. Amma həmsədrlər də, elə digər ölkələr də müharibəni istisna edirlər. Beləcə, “Nə sülh, nə də müharibə!” vəziyyəti hökm sürür.
Ötən ilki prosesin ən maraqlı tərəfi bu idi ki, o, iki yanaşma – mərhələli və paket həll variantları arasında ortaq məxrəc idi. Düzdür, hər iki tərəf bu yanaşmada qüsurlu cəhətlər tapdı. Məsələn, Azərbaycan israr etdi ki, aralıq status da onun konstitusiyasına uyğun olsun və onun ərazi bütövlüyü pozulmasın. Təbii, Ermənistan bununla razılaşmadı və belə bir vəziyyət yarandı...
İndi bölgədə sülh yoxdur. Amma həmsədrlər də, elə digər ölkələr də müharibəni istisna edirlər. Beləcə, “Nə sülh, nə də müharibə!” vəziyyəti hökm sürür. O isə böyük perspektiv vəd etmir.
Düzdür, hər iki tərəf hətta ötən ilin aprelində baş vermiş hərbi toqquşmanı digər tərəfin təxribatı kimi təqdim edir. Amma kim təminat verə bilər ki, sülhün olmaması yeni böyük hərbi qarşıdurmalara yol açmayacaq?
Bakı üçün bunun təhlükəsi budur ki, öz iqtisadi resursları hesabına ordusunu və müdafiə qabiliyyətini gücləndirmək iqtidarında olmayan Ermənistan bunu getdikcə Rusiyaya daha çox “qısılmaq”la “kompensasiya” etməyə cəhd edir. Bu isə o deməkdir ki, Ermənistan tərəfə baxanda adamın gözünə getdikcə daha çox Rusiya görünür...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.