Keçid linkləri

Təcili xəbərlər

300 milyon insan depressiyadan əziyyət çəkir


Dünyada depressiyadan əziyyət çəkən insanların sayı 300 milyona çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Dünya Sağlamlıq günü (7 aprel) çərçivəsində yaydığı hesabatda bildirib.

Təşkilatın baş direktoru Marqaret Çan vurğulayır ki, bu rəqəmlər bütün ölkələrə psixi sağlamlıqlarına daha ciddi yanaşmaları üçün bir siqnaldır.

Təkcə, 2005-2015-ci illər ərzində depressiyalı insanların sayı 18 faiz artıb. Təşkilat bu insanlara kömək etmək üçün bir il çəkəcək kampaniya başladır.

Hesabatda depressiyanın hər il yüz minlərlə insanın ölümünə səbəb olan intiharlar üçün əsas risk faktoru olduğuna diqqət çəkilir, əsas səbəblərin qınaq və ayrı-seçkilik olduğu bildirilir.

“Depressiyadan əziyyət çəkən insanın güvəndiyi biriylə danışması yaxşılaşması üçün çox vaxt ilk addımdır”, ÜST-nin psixi sağlamlıq və maddə asılılığı şöbəsinin direktoru Şekar Saksena vurğulayır.

Ona görə də, kampaniya müddətində bu insanların peşəkarlarla danışmalarına şərait yaradılacaq.

Təşkilat bildirir ki, bir çox ölkələrdə psixi pozğunluqları olan insanlara dəstək çox az və ya yox səviyyəsindədir.

Yüksək gəlirli ölkələrdə belə depressiya xəstələrinin təxminən 50 fazi müalicə almır. Dövlətlərin səhiyyə büdcələrinin orta hesabla üç faizi psixi sağlamlıq üçün ayrılır. Aşağı gəlirli ölkələrdə isə bu rəqəm bir faizdən də azdır.

XS
SM
MD
LG