Keçid linkləri

Təcili xəbərlər

Rusiya ilk mülki nüvə sualtı qayığını hazırlayır


Bu haqda perspektivli araşdırmalar fondunun fiziko-texniki araşdırmalar layihəsinin rəhbəri Viktor Letvienko məlumat verib.

Məlumatlara görə, sualtı qayıq Akrtika buzlaqlarının altında faydalı resursların axtarışı üçün istifadə ediləcək.

“Sualtı seysmik kəşfiyyat kompleksi “Rubin” Mərkəzi Layihə Bürosu tərəfindən istehsal edilib. Bu mülki nüvə sualtı qayığında robotlaşdırılmış komleks mədənləri var ki, onlar da öz növbəsində sesymik kəşfiyyatı təmin edərək, istənilən faydalı resurs axtarışını həyata keçirəcək”, deyə Letvinenko “Arktika – dialoq ərazisi” forumundakı çıxışında bildirib.

Onun sözlərinə görə, belə bir qayıq dünyanın heç bir ölkəsində yoxdur. Bu unikal texnoloji bir vasitədir ki, şelflərin öyrənilməsində gələcək nəsillərə yardımçı olacaq.

Qayığın uzunluğu 135.5 metr, eni 14.4 metr, sürəti isə 12.6 dəniz mili (saatda 23km), maksimum dərinliyə enişi isə 400 metrdir. Sualtı qayıq 90 gün ərzində avtonom rejimdə qala bilir, ekipajı isə 40 nəfərdən ibarətdir.

Ehtimal edilir ki, layihə 2022-ci ildə istifadəyə veriləcək.

Ən son yazılan

XS
SM
MD
LG