Keçid linkləri

-1915-ci ilin 24 aprelində nə baş vermişdi?

- Osmanlı dövlətinə xəyanət etmiş 245 erməni həbs olunmuşdu.

-Elə bu?

-Bəli, vəssalam.

Bu dialoq İstanbulda yaşayan Zohrab adlı qoca bir erməni kitabçı ilə aramızda yaşanmışdı. Dediyinə görə, müsəlman idi və bu dindən olduğuna görə məmnunluq duyurdu

Bu dialoq İstanbulda yaşayan Zohrab adlı qoca bir erməni kitabçı ilə aramızda yaşanmışdı. Dediyinə görə, müsəlman idi və bu dindən olduğuna görə məmnunluq duyurdu. Şeşə bığları, qısa saqqalı vardı. Atası Erokun Çanaqqala savaşı zamanı tibb işçisi işlədiyini, anasının musiqi müəllimi olduğunu fərəhlə dediyini hiss etmişdim. Sizə təxminən beş-altı il əvvəlin söhbətini edirəm.

Nurani siması, göy və yaşıl rəngin çuğlaşmasından yoğrulan gözləri, nazik biləkləri, qonur rəngli gödəkcəsi, sarı çəkmələri indiki kimi yadımdadır. Bir də qoz rəngindəki kəməri... Özünəməxsus işləmələri vardı, üstündə buta esgizləri lap maraqlı gəldi mənə. İncəvara, erməni naxışları olduğunu demədi. Soruşdum,... bildirdi ki, Afyondan bir dostu bağışlayıb.

Dediyinə görə, bir-iki erməni mahnısından və üç-dörd şeirdən başqa erməni dili ilə elə bir bağlılığı yoxdur. Bir də ki, İstanbula gəlib kitab dükanını ziyarət edən erməni turistlərdən öyrəndiyi bir iki kəlmə söz:

“İrəvandan, Tehrandan, Sofiyadan və Beyrutdan gəlib buranı ziyarət ediblər. Beyrutlular daha xalis ermənidilər və mühafizəkardır. Amma İrəvandan gələnlərlə sofiyalıların danışığı çox fərqlidir. Necəsən sözünü hərəsi bir cür deyir”.

...Onunla bir məsələni müzakirə etdik; Qondarma soyqırım zamanı həbs olunan şairlər və soyqırımı inkar edən erməni yazarlarını.

...Onunla bir məsələni müzakirə etdik; Qondarma soyqırım zamanı həbs olunan şairlər və soyqırımı inkar edən erməni yazarlarını.

Şəklinin çəkilməməsində qətiyyətlə israr edən Zöhrab deyir ki, həmin vaxt əsas həbslər İstanbul və Ankarada baş verib. Ümumilikdə 245 nəfər Osmanlı məmuru vəzifə səlahiyyətlərini aşdıqları və xanədanlığa xəyanət etdikləri üçün həbs edilmişdilər. Onların arasında qəzet çıxarıb milləti “müstəqil erməni dövləti” qurmağa səsləyənləri də olub, Osmanlı ordusunda həkim olduğu halda yaralıları müalicə etməkdən imtina etdiyi üçün güllələnənlər də. Əsas həbslər 24 apreldə olsa da, hökmlərin icrası 20-26 avqust aralığında gerçəkləşib. Həbs ediləni, sürgünə məruz qalanı, güllələləni də olub. Amma 134 nəfəri sağ qalıb. Onların da əksəriyyəti şair və yazıçılar olub. Osmanlı dövlətinin yolu nə olursa olsun, əli qələm tutan vətəndaşlarını yox etmək kimi bir niyyəti olmayıb. Bəzən ən ağıllı, kamil adamlar, elə dövlətlər də əlini qana bulamağa təhrik olunur. Zöhrab belə deyir.

Zöhrab Karakoçla 24 aprel hadisələri zamanı həbs olunan erməni şair və yazıçılarının kimliyi haqda soruşuram. Danışır ki, Onlardan biri Krikor Zöhrab olub. Bu adam Osmanlı Məclisi Məbusanında hüquq işləri görürmüş, həm də siyasətçi imiş. Ədəbi fəaliyyəti də olub, qısa şeirlər, felyatonlar yazıb. Üç dəfə millət vəkili seçilib. Hələbə sürgün olunub, oradan qaçaraq İstanbula gəlib, burada isə qoçular tərəfindən öldürülüb. Onun ölümü min doqquz yüz on beşinci ilin sentyabrında olsa da, adı “soyqırım qurbanlarının siyahısı”na salınıb.

Müsahibim aram-aram danışır, mən isə diktafonu açsam da arada özüm üçün qeydlər götürürəm:

...Sultanı başa düşmək olar, amma heç bir halda döyüşən əsgər, vətəni qoruyanlar təhqir edilə bilməz. Çanaqqalada ermənilər də döyüşüb, müsəlman ermənilər də şəhid olublar orada.

-Taniel Varujan isə öləndə 31 yaşında olub. Yazarlıq və qəzet redaktorluğu edib. Qəzetlərdə dövlət əleyhinə, rusların lehinə yazılar verdiyi üçün həbs olunub. Osmanlı əleyhinə kəskin yazılar yazıb. “Vaqosts” qəzeti buraxırmış, arxivlərə baxın, sultanı xoruzpipik adlandırır, Çanaqqalada döyüşənləri isə çapolçu. Sultanı başa düşmək olar, amma heç bir halda döyüşən əsgər, vətəni qoruyanlar təhqir edilə bilməz. Çanaqqalada ermənilər də döyüşüb, müsəlman ermənilər də şəhid olublar orada.

-Daha kimlər olub, adlarını çəkə bilərsinizmi?

-Ardaşes Harutünyan, Adom Yarcanyan, Rupen Çilingiryan, Dikran Çöğüryan, Diran Kelekyan, Tilqadintsi, Yervant Sırmakeşhanlıyan və s. Diran Kelekyan rəssam idi. Dövlətin mənəvi dəyərlərini, islamı aşağılan şəkillər çəkib o vaxt erməni dilində çıxan “Vostan” dərgisində yayınlanmışdı. Özü də Parisdə təhsil alan gənclərdən idi. Türkiyə hökuməti göndərmişdi oxumağa. Anası da alban əslli müsəlman idi. Atasına qoşulub qaçmışdı. Xristiana qız verilmirdi o vaxt, mütləq müsəlman olmalı idi. (Söhbətinə qaldığı yerdən davam edir) ...Bir –iki dəfə polisə çağrılır, izahatı alınır və evə buraxılır. Demək olar ki, həbs olunan şairlərin əksəriyyəti polisə çağrılıb və “səhvimi başa düşdüm, bir də olmayacaq” imzalı kağızları alınıb. Lakin... (susur) ... dillərini dinc qoymadılar. Axırı da belə...

Zöhrab Karakoç onu da deyirdi ki, (qeydlərimi vərəqləyərkən rast gəldim) hələ ingilislər, fransızlar İstanbula gəlib çıxmamışdan missionerləri kürd, laz və ermənilərdən ibarət tələbələri, gəncləri öz ətrafına çəkərək onları mövcud hakimiyyətə qarşı çıxmaq üçün təlimatlandırır və gələcək uçurmlara (özü bu cür ifadə edir) hazırlayırdı:

-Osmanlı dövləti dünya müharibəsində məğlub olmuşdu və başı özünə qarışdığından qəzetlərdə çıxan asi yazılara diqqəti zəifləmişdi. Həmin bölücülər də, missionerlər də bundan layiqincə yararlanmağa çalışırdılar.

-Osmanlı dövləti dünya müharibəsində məğlub olmuşdu və başı özünə qarışdığından qəzetlərdə çıxan asi yazılara diqqəti zəifləmişdi. Həmin bölücülər də, missionerlər də bundan layiqincə yararlanmağa çalışırdılar. Hətta bir dəfə Rupen Çilingiryanın qızı buraya ziyarətə gələndə atasının günahkar olduğunu etiraf etmişdi. Bir məsələni də qeyd edim ki, Harütünyan adlı yazar Dərbənddə öldürülüb, “Osmanlı işi” ilə əlaqəsi yoxdur. Amma onu da adını “qurbanlar” siyahısına salıblar.

Zohrab soyqırımın olmasını inkar edən erməni yazarlardan da danışır:

-Paruir Sevak adlı bir erməni şairi vardı. 1970-ci ildə “soyqırım olmayıb” dedikdən 6 ay sonra naməlum şəraitdə öldürülür. Mərhum Hrant Dink onun haqqında çox yazıb. Ermənistanda yaşayıb yaradırdı və səmimi kommunistlərdən deyildi və sovetlərin əleyhidarı kimi tanınırdı. Həyat yoldaşı gürcü idi və onunla avtomobil qəzasında ölmüşdü. İrəvanda da, burada da hər kəs onun KQB tərəfindən öldürüldüyünü deyirlər. 1991-də İstanbulda “Arxa pəncərələr” adlı bir kitabı çıxmışdı. Oxudum, istedadlı, intellektual adam idi, maraqlı şeirlər yazırdı. Yeni nəfəsli şeirlər idi. Türkiyədə indi daha çox “soyqırım olmayıb” ifadəsi ilə tanınır.

Yaşı yetmişi adlamış bu erməni kitabçı danışır, mən də maraq dolu nəzərlərlə onu dinləyirəm. Boynuma alıram ki, ilk dəfədir belə bir maraqlı erməni ilə rastlaşıram. Hətta qarşıma çay da süzüb qoyub. Güvənmədiyimdən (içimdə bir erməni güvənsizliyi indi də qalır, xoş söhbət etsəm də ehtiyatlanıram. Zohrab müsəlman olduğunu desə də içimdə ona qarşı güvənc, inam cücərtisi hiss edə bilmirəm):

Cancikyan bir Türkiyə sevdalısı idi. O, başqalarından fərqli olaraq bir neçə dəfə bu fikri səsləndirib. Sizi əmin edirəm ki, vərəmdən ölməsəydi belə radikal dini sektalar onu yoxa çıxaracaqdılar.

-Qarbis Cancikyan var, o da “soyqırım deyə bir şey yoxdur, türklərlə erməniləri üz-üz qoymaq istəyən biriləri var” fikrini söyləyən adamdır. 26 yaşında vərəmdən ölüb. Səhv etmirəmsə 1946-cı ildə dünyasını dəyişib. Cancikyan bir Türkiyə sevdalısı idi. O, başqalarından fərqli olaraq bir neçə dəfə bu fikri səsləndirib. Sizi əmin edirəm ki, vərəmdən ölməsəydi belə radikal dini sektalar onu yoxa çıxaracaqdılar.

Şair Zabel Yesayanın atası vardı, Mıkırtıç Akol, o, hələ 1934-də bir ingilis jurnalistə demişdi ki, türklərlə ermənilər rusların soyqırımına məruz qalıb. Mıkırtıç soyqırımın olmamasına aid şeir də yazıb deyilənə görə, amma həmin şeir haqqında məlumat yoxdur. Zabel Yeseyan isə Sibirdə sürgündə ölüb, atasından fərqli olaraq milliyətçi idi və İstanbulu tərk edərək İrəvana köçmüşdü. Onu da milliyətçi damğası ilə sürgündə öldürmüşdülər. Zabel “soyqırımı” qəbul edirdi və içində bir türk düşmənçiliyi vardı. Atası isə tamam fərqli adamdı, Osmanlının mərhəmətini görmüş, düzü əyridən seçməyi bacaran biri idi.

Birdən azan səsi eşidilir. Erməni Zohrab gülə-gülə mənimlə sağollaşır. Namaz vaxtdır deyib, dükanın qapısına qıfıl vurmur, işini Hasan adlı qonşu satıcıya tapşırıb Burmalı məscidinə doğru ağır addımlarla yol alır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG