Keçid linkləri

Təcili xəbərlər

Nazarbayevdən öyrəniləsi nəsə varmı?..


 Nursultan Nazarbayev
Nursultan Nazarbayev

SİYASİ “MOGEKAN”, AMMA SONUNCU YOX...

Qazaxıstan prezidentinin Bakıya səfəri hələ ötən ilin oktyabrında baş tutmalı idi. Amma səfəri bu həftə reallaşdırmaq mümkün oldu.

Keçmiş sovet məkanında bəlkə də fəaliyyətdə olan ən qocaman siyasətçilərdən biridir. Üstəlik, prezidentlik müddətinə görə nəinki keçmiş sovet məkanında, hətta ola bilsin, dünyada rekordçulardandır.

Cəmi bir gün davam edən səfər ölkə mediasında geniş şərh olunsa da ciddi bir siyasi hadisə təsiri bağışlamdı. Yadda qalan bu oldu ki, Azərbaycan öz çoxsaylı ordenlərindən birini də Nursultan Nazarbayevin sinəsinə taxdı...

O ki qaldı digər məsələlərə, Qazaxıstanın prezidentinin elə bir təqdimata ehtiyacı yoxdur. Keçmiş sovet məkanında bəlkə də fəaliyyətdə olan ən qocaman siyasətçilərdən biridir. Üstəlik, prezidentlik müddətinə görə nəinki keçmiş sovet məkanında, hətta ola bilsin, dünyada rekordçulardandır. Sovet məkanında onun kimi “mogekan”lardan biri ötən il vəfat edən Özbəkistan prezidenti İslam Kərimov idi. İndisə Nazarbayev bu titulu daşıyan yeganə prezident və siyasətçi olaraq qalır.

BÖYÜK “İDEYA”LAR MÜƏLLİFİ

Mən hər dəfə düşünürəm ki, görən, Nazarbayevi nüfuzlu siyasətçi edən nədir? Öz ölkəsi aydın məsələdir. Qazaxıstan da tipik bir Orta Asiya ölkələrindən biridir, öz avtoritarizmi ilə digərlərindən elə də fərqlənmir. Əslində bu nüfuz sovet məkanından o tərəfə yayılmır.

Nazarbayev MDB məkanındakı siyasi proseslərdə çox fəal iştirak edir, həmişə özünü böyük layihələrin əsas təşəbbüskarlarından biri kimi təqdim edir.

Sovet məkanında isə daha çox nüfuzu olan prezident Nazarbayev özü yox, Rusiyadan sonra ikinci böyük ölkə (ərazisinə görə!) Qazaxıstandır. Amma kiçik bir nüans var. O da budur ki, Nazarbayev MDB məkanındakı siyasi proseslərdə çox fəal iştirak edir, həmişə özünü böyük layihələrin əsas təşəbbüskarlarından biri kimi təqdim edir.

Bəzən bu spekulyativ, bir az da piar xarakterli təşəbbüslər olur. Ona görə ki, onların heç biri hələ işlək mexanizmə çevrilməyib. Təbii ki, bu Nazarbayevi elə də narahat etmir və onun üçün əsas odur ki, Kreml qarşısında borclu qalmasın...

TİPİK ASİYA DİKTATORU OLSA DA...

Bir daha deyirəm ki, qalan bütün məsələlərdə o, tipik bir Orta Asiya diktatoru olaraq qalır. Ölkəsində onun hətta xüsusi və rəsmi titulu da var – ona Elbaşı deyirlər. Amma nə qədər qəribə olsa da, hətta bütün bu nüanslara baxmayaraq belə Nazarbayevin fərqli cəhətləri də vardır. Məsələn, bu adam bu yaxınlarda parlamentin səlahiyyətlərini artırdı.

...bu adam bu yaxınlarda parlamentin səlahiyyətlərini artırdı. Düzdür, geniş səlahiyyətlərə malik olan parlament o vaxt effektiv olardı ki, onu demokratik yolla seçsinlər. Qazaxıstanda isə belə bir şey yoxdur.

Düzdür, geniş səlahiyyətlərə malik olan parlament o vaxt effektiv olardı ki, onu demokratik yolla seçsinlər. Qazaxıstanda isə belə bir şey yoxdur. Amma təşəbbüs bütün hallarda müsbət təsir bağışlayır, çünki digər regionlarda, o cümlədən də Azərbaycanda, hətta Türkiyədə bunun əksi baş verir – prezident institutu getdikcə özündə daha çox və daha mühüm səlahiyyətləri ehtiva edir.

Qazaxıstan prezidentini maraqlı edən başqa bir detal odur ki, o elə bu yaxınlarda övladlarının hakimiyyətə iddialı olmadığını bildirdi. Düzdür, bu ölkədə siyasi varis problemi açıq qalır. Amma daha çox adam belə bir fikirdədir ki, Nazarbayevi övladları deyil, onun yaxın məmurlarından biri əvəz edəcək. Bu isə o deməkdir ki, Qazaxıstanda da avtoritarizmin “Azərabaycan modeli” reallaşmayacaq. İndi özünüz düşünün, kim daha çox geridədir? Daim asiyalılara lağ edən azərbaycanlılar, yoxsa qazaxlar, türkmənlər, ya özbəklər?..

İPƏK KİMİ SÜRÜŞKƏN “İPƏK YOLU”

O ki qaldı səfərin digər aspektlərinə, Nursultan Nazarbayev trans- Xəzər marşrtuna həmişə böyük maraq göstərib. Səfərdə bununla da bağlı bir sıra müzakirələr oldu. Amma bu, on illiklərin arzusu olaraq qalır və onun nə vaxt gerçəkləşəcəyini heç kim bilmir.

Bakı-Tbilisi-Qars dəmiryolu xəttidir. Amma onun da bitməsi illərlə uzanır. İndi də layihənin iyun ayında bitəcəyi deyilir. İnanmaq istərdik.

Həmin layihənin çox mühüm hissələrindən biri, məsələn, Bakı-Tbilisi-Qars dəmiryolu xəttidir. Amma onun da bitməsi illərlə uzanır. İndi də layihənin iyun ayında bitəcəyi deyilir. İnanmaq istərdik. Amma bununla böyük yanlışlıq etməyimizdən ehtiyatlanırıq. Hər halda, az qala BAM kimi “əsrin tikintisi”nə çevrilən Bakı-Tbilisi-Qars xətti də nə vaxtsa tam inşa ediləcək. Onda trans-Xəzər marşrutu və “ipək yolu” haqqında deyilən sözlər daha real məzmun kəsb edəcək. Bu gün isə bunlar hələ ki, siyasi söz-söhbətdən başqa bir şey deyildir.

BAKININ MDB-DƏKİ “ADAMI”

Nazarbayevin Bakı ilə ilişgilərinin bir tərəfi də MDB-dəki siyasətlə bağlıdır. Bütün hallarda bir məsələni qeyd etməyə dəyər ki, rəsmi Bakı bu qurumda onu və Belarus prezidentini “öz adamı”na çevirə bilib. Bəlkə də bu Qazaxıstanla münasibətlərə ən çox məzmun verən detal hesab edilə bilər.

Daha bir detal odur ki, Qazaxıstan MDB-də və Rusiyanın yanında Ukraynanın “boşalmış yeri”ni tutmağa çalışır və buna qismən nail də olub. Bu isə o deməkdir ki, tək buna görə Astananı diqqətdə saxlamağa dəyər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG