Yaz gəlib, hər yer çiçək açıb, birazdan təzə meyvələr çıxacaq, aprelin sonu – mayın əvvəli gilasın kilosu 10-15 manat olacaq, amma iyul-avqust ayında 1-2 manata qədər qiymət enəcək. Aprel-mayda gilas niyə bahalaşır? Çünki, yeni çıxır, bazarda az olur, az olan malın qiyməti də daha baha olur. Bunu nədən yazdığımı sonra izah etməyə çalışacağam.
Ölkəyə gələn turist sayı hələ məzənnəyə təsir edəcək səviyyədə deyil. Turist təsiri ciddi olsaydı, məsələn, Gürcüstana keçən il 6 mln. turist gəlib, amma lari keçən il 20% civarında dəyər itirib.
Azərbaycanda dollar son zamanlar ucuzlaşır, bu o zaman orqanik, təbii baş verə bilərdi ki, ölkəyə külli miqdarda dollar (valyuta) gəlsin. Bunun üçün isə ya ixracatımız artmalıdır, ya da ölkəyə ciddi investorlar gəlməlidir. Sual verə bilərsiniz ki, bəs turistlər? Deyim də cavabını: Ölkəyə gələn turist sayı hələ məzənnəyə təsir edəcək səviyyədə deyil. Turist təsiri ciddi olsaydı, məsələn, Gürcüstana keçən il 6 mln. turist gəlib, amma lari keçən il 20% civarında dəyər itirib. Ya da, Türkiyəyə keçən il 26 mln. turist gəlib, amma lirə 30%-dən çox dəyər itirib. Qısası, bizə gələn “5-10” iranlı və ya ərəb turistlərin xərclədikləri valyuta ciddi təsiri olmayan səviyyələrdədir.
İxracat: Yanvar-fevral aylarında ixracatımız 1 mlrd. 653 mln. ABŞ dolları, idxalımız isə 972 mln. ABŞ dolları olub. İxracatın 1 mlrd. 469 mln. dollarını Dövlət Sektoru edib, yəni neft, neft məhsulları və qaz olub. Qeyri-neft sektorunun ixracatda payı cəmi 185 mln. dollar olub, yəni qeyri-neft sektorunda ixracat artmayıb. Daha ötəsi, bu ilin ilk 2 ayında Ceyhan limanından nəql olunan neftin həcmi 33% azalıb!
İnvestisiya: Ölkəyə gələn xarici investisiyalarda da ciddi artım yoxdur, hətta azalma var, keçən ilin son rübündə 50-dən çox xarici şirkət, ümumiyyətlə, öz nümayəndəliklərini bağlayıb, ölkədən gedib.
Novruz bayramında ölkəyə 30 minə yaxın iranlı və ərəb turist gəldi, onlardan daha ucuz dollar almaq bankların xoşuna gəldi. Bankları da qınamıram, hərəsi bir böyük valyutadəyişmə məntəqəsi olub, başqa heç bir fəaliyyətdən pul qazana bilmirlər...
Bəs yaxşı, dollar niyə ucuzlaşır: 1) Mərkəzi Bank manat kütləsini 2 dəfədən çox azaldıb. Bunun müvəqqəti təsirləri var, manat qıtlığı yaranıb, bu isə öz növbəsində iqtisadi aktivliyi, bankları çökdürmək üzrədir. Qısası, guya qaş düzəldirlər, vurub gözü də çıxartmaqla məşğuldurlar, 2) Novruz bayramında ölkəyə 30 minə yaxın iranlı və ərəb turist gəldi, onlardan daha ucuz dollar almaq bankların xoşuna gəldi. Bankları da qınamıram, hərəsi bir böyük valyutadəyişmə məntəqəsi olub, başqa heç bir fəaliyyətdən pul qazana bilmirlər, Mərkəzi Bank da, guya, onlara yaxşılıq edir, ucuz valyuta yığmağa şərait yaradır. İndi də aprelin 10-dan, mayın 10-na qədər Bakıda “Shopping Fest” olacaq, Mədəniyyət və Turizm nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, aprel ayında otellərin 85%-i artıq öncədən tutulub. Yəni, ümid edirlər ki, yenə iranlı və ərəb turistlər gələcək, Bakıdan Türkiyə və Çin istehsalı olan malları alıb-aparacaqlar. Həmin gələn qonaqlardan da dolları daha ucuza alacaqlar. “Shopping Fest” bitir, sonra İslam Oyunları, o bitən kimi də Furmula-1 yarışları olacaq, yenə də bu tədbirlərə gələn qonaqlardan daha ucuz məzənnə isə valyuta almağı umurlar.
Məzənnə oynamaları orqanik deyil, iqtisadi təməli və izahı yoxdur, günlük-aylıq düşünən hökumətin, günlük-aylıq inzibati qərarıdır. Sadəcə məntiq tapmaq mümkün deyil...
Sözün qısası: Məzənnə oynamaları orqanik deyil, iqtisadi təməli və izahı yoxdur, günlük-aylıq düşünən hökumətin, günlük-aylıq inzibati qərarıdır. Sadəcə məntiq tapmaq mümkün deyil: 1) Bir tərəfdən deyirlər ki, daxili istehsalı artırıb, ixracatı da artırmaq istəyirlər – məntiqlə, manat ucuz olmalıdır ki, bu baş versin, 2) Turist bura ona görə gəlir ki, manat ucuzlaşıb, manatı bahalaşdırmaqla turisti də qaçırdacaqlar.
Yəni, divardan tutub gedirlər, bəs divar bitəndən sonra nə edəcəklər?! Gilasın apreldə 1-2 manata satılması necə süni olardısa, dolların da indiki ucuzlaşması o qədər sünidir. Banklar turistdən ucuz dollar alıb qazanmaq istəyirsə, sizlər də banklar dolların satışını aşağı saldıqca onlardan dollar alın, gözləyin, siz də qazanın. Vəssalam.
P.S. Mən anlayıram ki, bu hökumətə arqument, dəlil, sübut, elmi yanaşma "səbət və gilas" məsələsi kimi gəlir, amma biz yenə həqiqətləri söyləməyə davam edəcəyik....