Keçid linkləri

Təcili xəbərlər

Şimal Buzlu okeanı tədricən Atlantik okeanına çevrilir


Arctic Ocean
Arctic Ocean

ABŞ, Rusiya, Kanada, Polşa, Almaniya və Norveç alimləri aşkar ediblər ki, zaman keçdikcə Şimal Buzlu okeanı Atlantik okeanına bənzəyəcək, bir növ "atlantikləşəcək". Bu tədqiqatın nəticələri "Science" jurnalında dərc edilib.

Alimlər müəyyən ediblər ki, Şimal Buzlu okeanının Avrasiya hövzəsində suyun şaquli dövr etməsi get-gedə daha çox Atlantik okeanının buzlu olmayan hissəsində baş verən proseslərə bənzəyir.

Alimlər qeyd edirlər ki, buna yay mövsümündə Şimal Buzlu Okeanda buz qatının sahəsinin rekord templərlə azalması səbəb olur. Məsələn, 2011-ci il yayın sonunda okeanın Avrasiya hövzəsinin demək olar ki, bütün şərq hissəsi buzdan azad olmuşdu.

Alimlər güman edirlər ki, bu regionda zəif stratifikasiya prosesi inkişaf etməkdədir. Bu proses zamanı buz qatının daha nazik olması daha çox suyun dövr etməsinə şərait yaradır. Alimlər iki okeanda baş verən prosesləri izləyərək bu nəticəyə gəliblər. Bu məsələdə alimlərə 2013-2015-ci illərdə toplanmış, buz qatının qalınlığını dəyərləndirməyə imkan verən peyk məlumatları, habelə Arktika boyu səpələnmiş buy (buoy) sistemləri kömək edib.

Tədqiqatın müəllifləri hesab edirlər ki, Şimal Buzlu okeanında baş verən dəyişikliklər regionun ekosisteminə təsir göstərməyə bilməz.

Baş verən proseslər nəticəsinə yay buzlaqları anlayışı keçmişdə qala bilər.

“2015-ci il həqiqətən də anormaliya ili idi. Biz üzərində üzən buy quraşdırmaq üçün uyğun buz parçası tapmaqda çətinlik çəkirdik. Keçmişdə buna bənzər bir şey olmamışdı. Bizi bu təhlili etməyə həvəsləndirən də bu oldu. 2015-ci ilin buzu niyə o vəziyyətdə idi? Bu nəhəng dəyişikliyin səbəbi nədir?” – sözügedən tədqiqatın rəhbəri, Alyaska Universitetindən okeanoqraf Igor Polyakov deyir.

Məqalədə qeyd edilir ki, bu məsələdə havanın isinməsinin rolu olsa da, regionu fundamental olaraq dəyişdirən əsas proseslər okeanın özündə baş verir.

Bu dəyişikliklər Arktikanı öz evi hesab edən insanlara, bitkilərə və heyvanlara təsir edəcək. Bu dəyişikliklər həm də əvvəllər buzun altında qalmış təbii ehtiyatların üzə çıxması və yeni nəqliyyat yollarının açılması nəticəsində ciddi geosiyasi gərginliyə yol aça bilər.

Şimal Buzlu okeanının şərq hövzəsində daha az duzlu soyuq hissə var. Onun altındakı isti, duzlu Atlantika suları yaxın vaxtlara qədər özünə yol tapıb üzə çıxa bilməmişdi. Qatların bu stratifikasiyası buz qatının yerində qalmasını təmin edirdi.

Ancaq 1970-ci illərdən etibarən okeanın stratifikasiyası azalmağa başlayıb. Polyakov və həmkarlarının apardığı tədqiqat nəticəsində 2002-ci ildən bəri qatlar arasındakı temperatur fərqinin azaldığı müəyyən edilib. Qatlar arasında temperatur fərqi -16,6 dərəcə Selsiyə enib.

2013-2015-ci illərin qışında okeanın dərinliyindəki su ilə daha üst qatlardakı suyu bir-birindən təcrid edən sözügedən buz qatı bəzi yerlərdə tamamilə yoxa çıxmışdı. Nəticədə isti Atlantika suları buz qatının üzərinə çıxraq özüdə daha çox yol aça bilmişdi.

Polyakovun sözlərinə görə, onun komandası 2002-ci ildə Şərqi Arktikada buylar quraşdırmaq üçün bu ərazilərə ağır buzqıranlarla gedib çıxmalı olmuşdular.

“İndi siə biz bu bu yerlərə adi buz gəmiləri ilə gedirik", - alim deyir.

Qeyd edək ki, buz gəmiləri buzqıran gəmilər sayılmır.

Ötən həftənin əvvəli "Science Advances" jurnalında dərc edilmiş başqa bir tədqiqatda isə qeyd edilir ki, dəniz buzlarının nazilməsi artıq bütün regionda fitoplanktonların çoxalmasına yol açıb.

Kiçik su bitkisi olan fitoplanktonun günəş işığına ehtiyacı var. Əgər bu vaxta qədər qalın buz qatları bitkinin günəş işığına çıxışının qarşısını alırdısa, indi artıq bitkinin kifayət qədər işıq alması mümkün olub. Alimlərin əldə etdikləri ən yeni nəticələrə görə, ötən on il ərzində Şimal Buzlu okeanının 30 faizə qədərində yay mövsümündə fitoplanktonlar çoxalaraq yayılır.

“Hər iki tədqiqat göstərir ki, Arktika keçmişdə olduğundan çox fərqli bir yerə çevrilməkdədir", - Harvard Universitetindən okeanoqraf Kristofer Hovart (Christopher Hovart) deyir.

Ən son yazılan

XS
SM
MD
LG