Keçid linkləri

Təcili xəbərlər

Siqaret hər il nə qədər insanı öldürür?


Dünyada hər 10 ölümdən biri siqarətlə bağlı ola bilər.

Vaşinqton Universitetinin mütəxəsislərinin qlobal araşdırması bunu göstərir.

Ürək xəstəliklərinə, ağciyər xərçənginə səbəb olan bu zərərli vərdişdən ötən il 6,4 milyon insan ölüb. Ölümlərin 50 faizindən çoxu Çin, Hindistan, ABŞ və Rusiyada qeydə alınıb.

Tədqiqatçılar siqaret çəkməyin ölüm səbəbləri arasında ikinci yerdə dayandığını bildirirlər.

Araşdırma zamanı tədqiqatçılar 195 ölkədə gündəlik siqaret çəkmə sıxlığını qiymətləndiriblər.

Məlum olub ki, 1990-2015-ci illər ərzində siqaret çəkən kişilərin sayı 28 faiz azalıb. Ancaq, hazırda hər dörd kişidən biri çəkir. Bundan əlavə, hər 20 qadından biri də gündəlik siqaret çəkir. Araşdırmanın əvvəlində bu göstərici 34 faiz çox olub.

Tədqiqat göstərir ki, ümumilikdə siqaret çəkənlərin sayı azalsa da, əhali artımı ilə bağlı gündəlik çəkənlərin sayı çoxalıb. Belə ki, 2015-ci ildə hər gün siqaret çəkənlərin sayı 930 milyon nəfərdən artıq olub. Halbuki, bu rəqəm 1990-cı ildə 870 milyon olub.

Mütəxəssislər vurğulayırlar ki, bu zərərli vərdişlə aktiv şəkildə mübarizə aparılmalıdır.

XS
SM
MD
LG