Amerikan şirkəti Twitter prezident Donald Trampı tənqid edənlərin məxfi məlumatlarını açmasını tələb edən ABŞ administrasiyasını məhkəməyə verib.
Məlumatda deyilir ki, hakimiyyət hazırda 40 mindən çox abunəçisi olan @ALT_uscis hesabının (alternative U.S.Citizenship and Immigration Services – ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin alternativ akkauntu) sahibi ilə bağlı məlumatları istəyib. Adıçəkilən mikrobloqda mütəmadi şəkildə prezidentin siyasətini tənqid edən şərhlər yazılır.
Twitter-in iddiasında qeyd edilir ki, şirkətə ABŞ gömrük-sərhəd xidmətinin nümayəndəsi müraciət edərək, istifadəçinin login, telefon nömrəsi, poçt və IP-adresini istəyib. İddiaçılara görə, bu, ABŞ qanunlarına ziddir: şirkət elə hesab edir ki, ölkənin konstitusiyasında qeyd edilən söz azadlığı istifadəçilərə “anonim və psevdoanonim siyasi bəyanatlar” yaymaq hüququnu tanıyır.
O da qeyd edilir ki, Trampın andiçmə mərasimindən dərhal sonra NASA və Ətraf Mühitin Qorunması agentliyi kimi bir çox dövlət idarələrin alternativ hesabları eyni anda sosial şəbəkədə yaranıb.
Twitter-in bu cür məhkəmə işlərində demək olar ki, kifayət qədər təcrübəsi var. 2012-ci ildə Nyu-York polisi Occupy Wall Street etiraz aksiyalarında iştirak edən istifadəçi haqqında məlumat tələb edib. Bu işdə şirkət sanksiyalara məruz qalmamaq üçün etirazçının tvitlərini hakimə verməyə məcbur edilmişdi. Bunda əlavə, etirazçı da xuliqanlıq etdiyini etiraf etmişdi.
Daha br məhkəmə işi 2014-cü ildə qeydə alınıb. Twitter ABŞ hakimiyyətindən öz istifadəçiləri haqqında daha çox açıq məlumat almaq istəyən ABŞ Ədliyyə Nazirliyini məhkəməyə vermişdi.