Keçid linkləri

Təcili xəbərlər

Süni mədəaltı vəzi uşaqlara kömək olacaq


Virciniya universitetinin alimləri “ağıllı” süni mədəaltı vəzi yaratmağa nail olublar. O, avtomatik şəkildə insulini ifraz edir və uşaqlarda diabet xəstəliyini nəzarət altında saxlayır. Tədqiqatçıların sözlərinə görə, süni mədəaltı vəzi qanda şəkərin səviyyəsinə nəzarət edir və insulinin səviyyəsini də nizamlayır.

Mütəxəssislər iki cihazı bir-birlərinə birləşdiriblər – insulin nasosunu və qanda qlukozanın səviyyəsinə daim nəzarət edən cihazı. Alimlər artıq bu cizahı sınaqdan da keçiriblər.Təcrübədə 1-ci növ şəkər diabeti olan 5-8 yaş arası 6 oğlan və 6 qız iştirak edib.

Könüllülər 68 saat ərzində ev şəraitində süni mədəaltı vəzi ilə gəziblər. Bu cihazla könüllülərin qanındakı şəkər normal diapazonda olub (desilitrdə 70-dən 180 mq-dək). Süni mədəaltı cihazsız olarkən 47 faizlə müqayisədə cihazla olan iştirakçılarda bu rəqəm 73 faiz təşkil edib. Bundan əlavə, uşaqlarda bir desilitrə 180 mq ötən durum da çox nadir hallarda baş verib, qanda şəkər səviyyəsinin azalma hallarının tezliyinin də artmadığı qeydə alınıb.

XS
SM
MD
LG