Keçid linkləri

Təcili xəbərlər

Facebook istifadəçilərinə köməkçi proqram


Facebook məlumat verir ki, virtual rəqəmsal köməkçisi M artıq messencer istifadəçilərinə gündəlik tapşırıqlarında onlara köməklik edəcək. Messenger-in yeni texnoloji imkanları iOS və Android-də hələ ki, ABŞ sakinlərinə açıqdır. Digər ölkələrdə isə bu yenilik müəyyən müddət sonra yaranacaq.

Yeni sistem dialoqları analiz edir, açar sözlərini axtarır və ona uyğun tədbirləri təklif edir. Siyahıya stikerlərin və ödənişlərin göndərilməsi, Uber kimi proqramlar üzərindən avtomobillərin sifarişi, qrup yazışmalarında hər hansı bir sorğuların yaradılması və istifadəçinin yerləşdiyi məkan haqda məlumatın göndərilməsi kimi funksiyalar daxildir.

M dostlarla aparılan yazışmaları yoxlayır və işin planlaşdırılmasında istifadəçiyə kömək edir. Təklif edilən tövsiyyələr çat pəncərəsində əks olunur: köməkçinin təklif ediləcək bir variantı varsa, pəncərədə müvafiq loqotipin işarəsi əks edilir.

Facebook bu funksiyanı artıq dekabr ayından sınaqdan keçirir. M sərbəst bir köməkçi olan virtual rəqəmsal vasitə kimi 2015-ci ildə yaradılıb. Sistemin işi bir qrup real insanlar tərəfindən təmin edilir: onlar yazışmaları izləyir, maşın təlim texnologiyalarının təkmilləşdirilməsi üçün məlumatları qeydə alır və köməkçinin özü edə bilmədiyi tədbirləri həyata keçirirlər.

Bütün bu sınaq müddəti ərzində M daha çox təkmilləşdirilib və hazırda bir çox tapşırıqların öhdəsindən sərbəst şəkildə gələ bilir. Facebook Messenger çərçivəsində köməkçi universal avtomatlaşdırılmış vasitə deyil: o mətn tərcümə etmir və təsvirə görə rəsmləri təsnifləşdirmir. Lakin bu sistem fəal şəkildə gündəlik yazışmalara qoşularaq maksimum dərəcədə faydalı olmağa çalışır.

Müəlliflərə görə, M əgər istifadəçiyə mane olarsa, onu messencerin ayarlarından deaktiv etmək olar. Onu bloklamaq da mümkündür. Bundan başqa, xüsusi tövsiyyələr də var ki, məsələn, M-i yalnız stikerlərin göndərilməsi üçün istifadə etmək olar.

Ən son yazılan

XS
SM
MD
LG